BAKI, 11 fevral — Sputnik. Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən minaların aşkar edilməsi istiqamətində uğurlu tədbir həyata keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları xidməti fəaliyyətlə əlaqədar Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində olan zaman orada düşmən tərəfindən qoyulmuş xeyli sayda mina aşkar ediblər.
Dərhal bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlarına məlumat verilib. Əraziyə baxış keçirilən zaman müxtəlif adda tank və piyada əleyhinə 33 ədəd mina müəyyən edilib və müvafiq tədbirlərlə həmin minaların təhlükəsiz şəkildə partladılması təmin olunub.
Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Papı kəndindən videogörüntülər paylaşıb. Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.
BAKI, 6 mart - Sputnik. Böyük Britaniya kraliçası II Elizabet daha özünün xüsusi təyyarələrindən istifadə edə bilməyəcək və bundan sonra Baş nazirin təyyarəsindən istifadə etməli olacaq.
APA xəbər verir ki, bu barədə “Mail Online” nəşri məlumat yayıb.
“1980-ci illərdən bəri kral ailəsinin istifadəsində olan təyyarələr gələn ildən etibarən Hərbi Hava Qüvvələrinin tərkibindən çıarılacaq və kraliça öz hökmranlığı dövründə ilk dəfə şəxsi təyyarəsiz qalacaq”, - deyə yazıb.
Qərarın müdafiə xərclərinin azaldılması səbəbindən verildiyi bildirilir.
Qeyd edək ki, kral ailəsi indiyədək dörd BAE-146 regional təyyarədən və AW-109 helikopterindən istifadə edib. Ancaq həmin helikopter bundan sonra da kraliçaya xidmət edəcək.