Türkiyə bayrağ, arxiv şəkli

Türkdilli ölkələr "Beynəlxalq Türk Dili Günü"nün təsis edilməsinə dair razılığa gəliblər

13
İclas zamanı "Beynəlxalq Türk Dili Günü"nün təsis edilməsi ilə bağlı məsələlər geniş şəkildə müzakirə edilib, müvafiq iş aparılması və birgə səylərin artırılması barədə razılıq əldə olunub.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 11 fevral — Sputnik. "Beynəlxalq Türk Dili Günü"nün təsis edilməsinə dair yekun onlayn məsləhətləşmələr keçirilib.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyənin UNESCO üzrə Milli Komissiyaları, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türkdilli Ölkələrin Parlament Assambleyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı, Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyasının rəsmiləri, Türkiyənin aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Ölkəmizi sözügedən tədbirdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri – UNESCO üzrə AR Milli Komissiyasının Baş katibi Elnur Sultanov təmsil edib. O, "Beynəlxalq Türk Dili Günü"nün təsis edilməsi təşəbbüsünün ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini və məsələnin UNESCO-da baxılması prosesinin intensivləşdirilməsi üçün dəstək verməyə hazır olduğumuzu diqqətə çatdırıb. Baş katib, bu təşəbbüsün türkdilli ölkələrin ortaq tarixi və mədəni dəyərlərinin yaşadılması, gələcək nəsillərə ötürülməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

İclas zamanı "Beynəlxalq Türk Dili Günü"nün təsis edilməsi ilə bağlı məsələlər geniş şəkildə müzakirə edilib, müvafiq iş aparılması və birgə səylərin artırılması barədə razılıq əldə olunub.

Məlum olduğu kimi, dillərin beynəlxalq səviyyədə tanıdılmasını təşviq etmək məqsədilə müvafiq beynəlxalq dil günləri qeyd olunmaqdadır. Bununla əlaqədar, UNESCO üzrə Türkiyə Milli Komissiyası UNESCO çərçivəsində "Beynəlxalq Türk Dili Günü"nün (International Turkic Language Day) təsis olunması təşəbbüsü ilə çıxış edib.

13
Türkiyənin Cobra zirehli maşını, arxiv şəkli

Türkiyə minaya davamlı yeni zirehli maşınını göstərdi - VİDEO

12
Cobra zirehli maşınlarının əvvəlki versiyaları 15 ölkədə, o cümlədən Azərbaycanda, Gürcüstanda və Qazaxıstanda istifadə olunur. 

BAKI, 3 mart - Sputnik. Türkiyənin Otokar şirkəti Cobra sinfindən olan, mina əleyhinə müdafiə ilə təmin olunmuş təkərli zirehli Cobra II MRAP avtomobilini nümayiş etdirib. 

Sputnk Azərbaycan Anadolu agentliyinə istinadən bildirir ki, Cobra II MRAP ekipajı ballistik, mina və əldəqayırma partlayıcı təhlükəsindən qoruyur. 

​Zirehli maşının xüsusi konstruksiyası, təmir və xidmətin asanlığı hətta döyüş şəraitində belə onu tam və sürətli yığıb-sökməyə imkan verir. 

Zirehli maşında 11 sərnişin yerləşir, tələbə görə, üç və ya beş qapılı ola bilər.

Cobra zirehli maşınlarının əvvəlki versiyaları 15 ölkədə, o cümlədən Azərbaycanda, Gürcüstanda və Qazaxıstanda istifadə olunur. 

12

Azərbaycanlı müğənnini Rusiyanın ən çox qazanan blogeri ilə "sevgili" etdilər

24
Bu qızın sevgilisi, demək olar ki, hər gün ona iri çiçək dəstələri göndərir, o isə bunları sosial şəbəkələrdə paylaşır. Amma oğlanın adını heç kim bilmir.

BAKI, 3 mart - Sputnik. Rusiya KİV-i Azərbaycan əsilli populyar müğənni Jony-nin (Cahid Hüseynli) məşhur videobloger Dina Sayeva ilə sevgili olduğunu yazır. Sayeva ən çox pul qazanan Tik-Tok vlogerlərindəndir. 

Bu qızın sevgilisi, demək olar ki, hər gün ona iri çiçək dəstələri göndərir, o isə bunları sosial şəbəkələrdə paylaşır. Bu günlərdə göndərilən buket, az qala, kol boyda imiş.

Sayeva sevgilisinin adını gizləyir. Ancaq Rusiya KİV-ləri yazır ki, onun sevgilisi Jony-dir. Yeri gəlmişkən, Cahid də bu şayiələri təsdiqləməyə tələsmir.

Dina Sayeva Tacikistandandır. TikTok-un rusdilli seqmentinin ən populyar hesabının sahibidir. 2020-ci ildə Rusiya Forbes-u onu ən çox qazanan tiktokerlərin siyahısında ikinci sırada göstərmişdi.

2020-ci ilin sonunda Sayeva musiqi karyerasına başladı. Debüt mahnısı isə "Səni axtarıram" ("Я ищу тебя") oldu.

Jony dörd yaşı olanda valideynləri ilə Azərbaycandan Moskvaya köçüb. Uşaq vaxtından populyar olmaq istəyib və nəhayət, arzusunu gerçəkləşdirib. Öz dediyinə görə, populyarlaşmasında sosial şəbəkələr böyük rol oynayıb. Bakıda ilk dəfə "Jara-2019" musiqi festivalında çıxış edib. 

Müğənni azərbaycanlı ifaçı Elman Zeynalovun təsis etdiyi Raava Music musiqi leyblının artistləri sırasındadır. 2019-cu ildə ВКонтакте-nin versiyasına görə, ilin "Ən qabaqcıl" müğənnisi adını alıb. Onun "Xiyaban" ("Аллея") sinqlı isə 5 qat platin statusu alıb. 

 

24