CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda IX siniflər üzrə sınaq qiymətləndirmə keçirilib

© Sputnik / Murad Orujov Pandemiya zamanı imtahan
 Pandemiya zamanı imtahan - Sputnik Azərbaycan, 1920, 10.02.2021
Abunə olmaq
Qiymətləndirmə bitdikdən sonra şagirdlərin topladığı bal ümumi təhsil müəssisələrinə göndərilibQiymətləndirmə bitdikdən sonra şagirdlərin topladığı bal ümumi təhsil müəssisələrinə göndərilib

 

BAKI, 10 fevral — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən IX siniflər üzrə sınaq qiymətləndirmə keçirilib. İdarədən Sputnik Azərbaycan-a verilən məlumata görə, mövcud epidemioloji vəziyyətlə əlaqədar onlayn şəkildə təşkil olunan qiymətləndirmədə 35667 şagird iştirak edib.

Sınaq qiymətləndirmə riyaziyyat, ingilis dili və təlim dili üzrə keçirilib.

Ümumilikdə 85 sualın (təlim dili 30, riyaziyyat 25, ingilis dili 30 sual) cavablandırılması üçün şagirdlərə 3 saat (14:00-17:00) vaxt verilib.

Qiymətləndirmə bitdikdən sonra şagirdlərin topladığı bal ümumi təhsil müəssisələrinə göndərilib.

Qeyd edək ki, sınaq qiymətləndirmənin keçirilməsinin əsas məqsədi şagirdlərin buraxılış imtahanlarına hazırlıq səviyyəsinin müəyyənləşdirilməsindən ibarətdir.

Xəbər lenti
0