Toyuq əti, arxiv şəkli

Bəzi ölkələrdən quş quşçuluq məhsullarının idxalı məhdudlaşdırılıb

12
(Yenilənib 19:44 08.02.2021)
Fransanın Qrand Est inzibati ərazi vahidində yüksək patogen quş qripi xəstəliyi, Almaniyanın Reynland-Pfalts və Belçikanın Lüksemburq inzibati ərazi vahidlərində blutanq xəstəliyi qeydə alınıb.

BAKI, 8 fevral — Sputnik. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatı əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

AQTA-dan verilən xəbərə görə, daxil olan məlumatlara əsasən, Fransa Respublikasının Qrand Est (Grand Est) inzibati ərazi vahidində yüksək patogen quş qripi xəstəliyi, Almaniya Federativ Respublikasının Reynland-Pfalts (Rheinland-Pfalz) və Belçika Krallığının Lüksemburq (Luxembourg) inzibati ərazi vahidlərində blutanq xəstəliyi qeydə alınıb.

Bununla əlaqədar olaraq, Almaniya Federativ Respublikasının Reynland-Pfalts və Belçika Krallığının Lüksemburq inzibati ərazi vahidlərindən bütün növ diri iri və xırdabuynuzlu heyvanların və onlara aid genetik materialların, OIE-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Fransa Respublikasının Qrand Est inzibati ərazi vahidindən isə bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Belçika Krallığından, Almaniya Federativ Respublikasından və Fransa Respublikasından gələn, yaxud bu ölkələrdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

12
Türkiyənin Cobra zirehli maşını, arxiv şəkli

Türkiyə minaya davamlı yeni zirehli maşınını göstərdi - VİDEO

12
Cobra zirehli maşınlarının əvvəlki versiyaları 15 ölkədə, o cümlədən Azərbaycanda, Gürcüstanda və Qazaxıstanda istifadə olunur. 

BAKI, 3 mart - Sputnik. Türkiyənin Otokar şirkəti Cobra sinfindən olan, mina əleyhinə müdafiə ilə təmin olunmuş təkərli zirehli Cobra II MRAP avtomobilini nümayiş etdirib. 

Sputnk Azərbaycan Anadolu agentliyinə istinadən bildirir ki, Cobra II MRAP ekipajı ballistik, mina və əldəqayırma partlayıcı təhlükəsindən qoruyur. 

​Zirehli maşının xüsusi konstruksiyası, təmir və xidmətin asanlığı hətta döyüş şəraitində belə onu tam və sürətli yığıb-sökməyə imkan verir. 

Zirehli maşında 11 sərnişin yerləşir, tələbə görə, üç və ya beş qapılı ola bilər.

Cobra zirehli maşınlarının əvvəlki versiyaları 15 ölkədə, o cümlədən Azərbaycanda, Gürcüstanda və Qazaxıstanda istifadə olunur. 

12

Azərbaycanlı müğənnini Rusiyanın ən çox qazanan blogeri ilə "sevgili" etdilər

24
Bu qızın sevgilisi, demək olar ki, hər gün ona iri çiçək dəstələri göndərir, o isə bunları sosial şəbəkələrdə paylaşır. Amma oğlanın adını heç kim bilmir.

BAKI, 3 mart - Sputnik. Rusiya KİV-i Azərbaycan əsilli populyar müğənni Jony-nin (Cahid Hüseynli) məşhur videobloger Dina Sayeva ilə sevgili olduğunu yazır. Sayeva ən çox pul qazanan Tik-Tok vlogerlərindəndir. 

Bu qızın sevgilisi, demək olar ki, hər gün ona iri çiçək dəstələri göndərir, o isə bunları sosial şəbəkələrdə paylaşır. Bu günlərdə göndərilən buket, az qala, kol boyda imiş.

Sayeva sevgilisinin adını gizləyir. Ancaq Rusiya KİV-ləri yazır ki, onun sevgilisi Jony-dir. Yeri gəlmişkən, Cahid də bu şayiələri təsdiqləməyə tələsmir.

Dina Sayeva Tacikistandandır. TikTok-un rusdilli seqmentinin ən populyar hesabının sahibidir. 2020-ci ildə Rusiya Forbes-u onu ən çox qazanan tiktokerlərin siyahısında ikinci sırada göstərmişdi.

2020-ci ilin sonunda Sayeva musiqi karyerasına başladı. Debüt mahnısı isə "Səni axtarıram" ("Я ищу тебя") oldu.

Jony dörd yaşı olanda valideynləri ilə Azərbaycandan Moskvaya köçüb. Uşaq vaxtından populyar olmaq istəyib və nəhayət, arzusunu gerçəkləşdirib. Öz dediyinə görə, populyarlaşmasında sosial şəbəkələr böyük rol oynayıb. Bakıda ilk dəfə "Jara-2019" musiqi festivalında çıxış edib. 

Müğənni azərbaycanlı ifaçı Elman Zeynalovun təsis etdiyi Raava Music musiqi leyblının artistləri sırasındadır. 2019-cu ildə ВКонтакте-nin versiyasına görə, ilin "Ən qabaqcıl" müğənnisi adını alıb. Onun "Xiyaban" ("Аллея") sinqlı isə 5 qat platin statusu alıb. 

 

24