Alman lüteran kilsəsi (Şəmkir)

"Xristian irsimizi tanıyaq" - Alman Lüteran kilsəsinin videogörüntüsü

17
1909-cu ildə almanlar tərəfindən inşa olunan Lüteran kilsəsi Azərbaycanın Şəmkir şəhərində yerləşir. Məkan 32 il kilsə, daha sonra isə mədəniyyət və müəllimlər evi, eləcə də tarix-diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərib

BAKI, 8 fevral — Sputnik. Mədəniyyət Nazirliyi Xristian irsimizin bərpası ilə bağlı yeni bir layihənin icrasına start verib.

Sputnik Azərbaycan-a Mədəniyyət Nazirliyindən verilən məlumata görə, layihə ""Xristian irsimizi tanıyaq": Alman Lüteran kilsəsi (Şəmkir, 1909)" adlanır.

Qeyd edək ki, 1909-cu ildə almanlar tərəfindən inşa olunan Lüteran kilsəsi Azərbaycanın Şəmkir şəhərində yerləşir. Sputnik Azərbaycan xəbər verir ki, məkan 32 il kilsə, daha sonra isə mədəniyyət və müəllimlər evi, eləcə də tarix-diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərib.

Lüteran kilsəsinin bərpası və əsaslı təmiri Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2012-ci ildə həyata keçirilib və abidə kimi qorunur.

17
Görüş, arxiv şəkli

Mikayıl Cabbarovdan yeni tvit

2
(Yenilənib 20:48 24.02.2021)
Nazir bildirib ki, iclasda ölkədə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində görülmüş işlər müzakirə edilib.

 

BAKI, 24 fevral — Sputnik. Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədovun sədrliyi ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının 11-ci iclası keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir bildirib ki, iclasda ölkədə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində görülmüş işlər müzakirə edilib.

2
Tələbələr, arxiv şəkli

Qızlar oxumaqda oğlanları üstələdilər

6
(Yenilənib 20:46 24.02.2021)
Rayon və şəhərlər ayrı-ayrılıqda müqayisə edildikdə ən yaxşı nəticəni Sumqayıt şəhəri (76,8 faiz), ən aşağı nəticəni Saatlı rayonu (54 faiz) göstərib.

BAKI, 24 fevral — Sputnik. Dekabrın 19-da onlayn keçirilmiş milli qiymətləndirmənin nəticələri Təhsil İnstitutu tərəfindən təhlil edilib. 

Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, ölkədə fəaliyyət göstərən 3500-ə yaxın məktəbdə aparılan tədqiqatda IV, VI və IX siniflərdə təhsil alan 189445 şagird iştirak edib. Məktəblilər tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə qapalı test suallarını cavablandırıblar. Qiymətləndirmədə iştirak edən şagirdlərin 53 faizini oğlanlar təşkil edib. İştirakçıların 88 faizi Azərbaycan bölməsi üzrə təhsil alanlar olub. Gender üzrə müqayisəyə nəzər salsaq, qızlar bütün fənlər üzrə daha yaxşı nəticə göstəriblər. Siniflər üzrə müqayisədə isə IV sinif şagirdləri (37 faiz) daha fəal olub.

Ərazi vahidləri üzrə müqayisə zamanı şəhər məktəblərində təhsil alan şagirdlərin nəticələrinin rayon məktəblərində təhsil alan şagirdlərlə müqayisədə daha yüksək olduğu qeydə alınıb. Belə ki, şəhər məktəbləri üzrə orta müvəffəqiyyət göstəricisi 73,7 faiz, rayon məktəbləri üzrə 64,7 faiz olub. Rayon və şəhərlər ayrı-ayrılıqda müqayisə edildikdə isə ən yaxşı nəticəni Sumqayıt şəhəri (76,8 faiz), ən aşağı nəticəni Saatlı rayonu (54 faiz) göstərib.

6
Teqlər:
Təhsil Nazirliyi