BAKI, 8 fevral - Sputnik. Bakının Müşfiqabad qəsəbəsindəki avtomobil yuma məntəqələrinin birindən qəsəbə sakini F.Aslanlıya məxsus “BMW” markalı avtomobil qaçırılıb.
Sputnik Azərbaycan DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə məlumat daxil olub. Bildirilir ki, hadisə fevralın 2-də saat 21:00 radələrində baş verib.
Araşdırmalarla həmin avtomobilin qəsəbə ərazisində idarə edilərkən “Opel” və “VAZ-2109” markalı avtomobillərlə toqquşması da müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən bir yeniyetmə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
BAKI, 7 mart - Sputnik. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər sakini İ.Vəliyevin qonşusuna məxsus yaşayış evində oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları həmin məclisdə iştirak edənlərə bir daha xüsusi karantin rejiminin qaydalarını izah ediblər.
Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.
BAKI, 7 mart — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Instagram" səhifəsində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib.
Посмотреть эту публикацию в Instagram
Sputnik Azərbaycan-ın məlumatına görə, o, üzərində "bayramınız mübarək, 8 Mart Beynəlxalq Qadınlar günü" sözləri yazılmış sadə dizaynlı açıqcanı da paylaşımına əlavə edib.