Böyük Britaniya bayrağı, arxiv şəkli

Britaniyanın dövlət naziri Azərbaycana gəlib

19
(Yenilənib 10:13 08.02.2021)
Səfirlik: "Britaniyanın Avropa Qonşuluğu üzrə dövlət naziri Vendi Morton regiona ilk səfərini Bakıdan başladı"

BAKI, 8 fevral - Sputnik. Britaniyanın Avropa Qonşuluğu üzrə dövlət naziri Vendi Mortonun Azərbaycana səfəri başlayıb. 

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp özünün Twitter hesabında yazıb. 

"Britaniyanın Avropa Qonşuluğu üzrə dövlət naziri Vendi Morton regiona ilk səfərini Bakıdan başladı", - səfir yazıb. 

Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, nazirin səfəri Birləşmiş Krallıqla Azərbaycan arasında yaşıl enerjinin inkişafı və iqlim dəyişikliyinə qarşı tədbirlər, habelə qadın hüquqlarının müdafiəsi və gender əsaslı zorakılığa qarşı mübarizə sahələrində əməkdaşlıq əlaqələrinin gücləndirilməyə istiqamətlənəcək.

Azərbaycana ilk səfərində nazir V. Morton Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşlər keçirəcək, Dağlıq Qarabağdakı son münaqişədən sonra daha geniş Qafqaz regionunda insan haqları, sülh və sabitlik, o cümlədən daha möhkəm və uzunmüddətli sülhün qurulmasında qadınların oynadığı rolu müzakirə edəcək.

Bundan əlavə, Avropa Qonşuluğu üzrə Dövlət Naziri xarici işlər nazirlikləri arasında hər il keçirilən Birləşmiş Krallıq - Azərbaycan Strateji Siyasi Məsləhətləşmələrin növbəti iclasında (9 fevral) iştirak edəcək və ətraf mühit və iqlim məsələlərində tərəfdaşlığı genişləndirmək üçün iki ölkə arasında Anlaşma Memorandumunu imzalayacaq.

Səfərindən əvvəl Birləşmiş Krallığın Avropa Qonşuluğu üzrə Dövlət Naziri qeyd edib:

“Ölkələrimizin xalqları, mədəniyyətləri və təhsili arasında güclü əlaqələri var. COVID-19 və Dağlıq Qarabağdakı münaqişədən sonra Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişafını və daha yaşıl əsaslarda quruculuq işlərinə xüsusi diqqət ayıran Prezident Əliyev və Azərbaycan Hökuməti ilə gələcək əməkdaşlıq sahələrini müzakirə etmək üçün görüşməyi səbirsizliklə gözləyirəm”.

Dövlət Naziri bildirib ki, "Birləşmiş Krallıq qadın hüquqlarının təşviqi sahəsində geniş miqyaslı səylər göstərməkdədir və mən də Azərbaycanda qadın hüquqlarını inkişaf etdirən və məişət zorakılığına qarşı mübarizə aparan ilhamverici qadın liderlərlə görüşməyi səbirsizliklə gözləyirəm. İstanbul Konvensiyasına imza ataraq qadınların qanuni hüquqlarını daha geniş şəkildə təşviq etmək üçün Azərbaycanda Qadınlar, Sülh və Təhlükəsizliklə bağlı ilk Milli Fəaliyyət Planının qəbul edilməsi istiqamətində Azərbaycan Hökuməti ilə yaxından əməkdaşlıq edirik".

Səfər çərçivəsində BK Naziri, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər və energetika nazirləri ilə də görüşlər keçirəcək və cari ilin noyabr ayında Qlazqoda təşkil olunacaq “COP26” zirvə görüşündən əvvəl bərpa olunan enerjiyə keçid və istixana qazı emissiyalarının azaldılmasına nail olmaq üçün Azərbaycanla əməkdaşlığın inkişaf yollarını müzakirə edəcək.

Nazir Morton təhsil naziri ilə görüşərək “British Council”-ın ingilis dili proqramlarının gənclərin həyatına verdiyi müsbət təsiri müzakirə edəcək və qabaqcıl Birləşmiş Krallıq təhsil müəssisələrinin Azərbaycandakı məzunları ilə görüşmək üçün “British Council”-in Britaniya Məzunlarının Təltif olunması mərasiminə qatılacaq.

Nazir Azərbaycan Respublikası Milli Məclisinin qadın sədri ilə görüşdə hər iki ölkənin parlamentləri arasında əlaqələrin genişləndirilməsini müzakirə edəcək və Azərbaycanda qadın hüquqlarını müdafiə edən tanınmış qadın liderlərlə görüşəcək.

19
Oğlan, arxiv şəkli

Daha bir telefon mağazasından oğurluq olub

11
Yasamal ərazisindəki mağazaların birindən 10.000 manat dəyərində 20 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş A.Yusifov saxlanılıb.

BAKI, 4 mart — Sputnik. Yasamalda telefon mağazasından 10.000 manat dəyərində mobil telefon, moped və 2 ədəd motosiklet oğurlayan şəxslər saxlanılıblar. Bu bardəə Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 10.000 manat dəyərində 20 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş A.Yusifov saxlanılıb. Saxlanılan şəxsin ətrafında aparılmış tədbirlərlə onun paytaxt sakini Kamil Xasıyevlə birgə Bakı şəhər sakini olan 1 nəfərin mopedini, 2 şəxsin isə “Yamaha” və “Haojue” markalı motosikletlərini qaçırmaları da müəyyən edilib. Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində K.Xasiyev də saxlanılaraq istintaq təqdim edilib.

Faktla bağlı 27-ci Polis Bölməsində saxlanılan şəxslər barəsində toplanan materiallar Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. 

11
Koronavirusa qarşı peyvənd Pfizer-BioNTech, arxiv şəkli

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ÜST-ə etirazını bildirdi

345
Agentlik: Azərbaycanın “Pfizer-BioNTech” vaksinlərini əldə edəcək 18 ölkə siyahısına daxil edilməməsi aydın deyil

BAKI, 4 mart - Sputnik. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) Azərbaycanın COVAX platforması çərçivəsində “Pfizer-BioNTech” vaksinlərini əldə edəcək 18 ölkə siyahısına daxil edilməməsi barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qeydi ilə razı deyil.

Agentlikdən bildirilib ki, ÜST tərəfindən verilən məlumatda 29 yanvar tarixinədək COVID-19 peyvənd proqramına başlamış iştirakçı ölkələr “Pfizer-BioNTech” peyvəndinin birinci müstəsna paylanma mərhələsinə daxil edilmədiyi qeyd olunub:

“Bu əsaslandırma aydın deyil və bununla bağlı müddəalar heç bir hüquqi sənəddə və rəsmi yazışmalarda öz əksini tapmayıb. Azərbaycan ÜST-ün tövsiyələrini nəzərə alaraq vaksinasiya strategiyasını təsdiqləyib və vaksinlərin qəbulu üçün bütün texniki tələbləri yerinə yetirib.

Ötən il yaradılmış COVAX platformasının “SARS-CoV-2” virusuna qarşı vaksinlərin hazırlanması təşəbbüsünü yüksək qiymətləndirən və bu əməkdaşlığa ilk qoşulan 50 ölkədən biri də məhz Azərbaycan Respublikasıdır”.

Məlumatda qeyd olunub ki, Azərbaycan vaksinlərin dünya ölkələri arasında ədalətlilik və həmrəylik prinsipləri ilə bölgüsünün tərəfdarıdır:

“Təəssüflə qeyd etmək istərdik ki, təcrübədə bunun əksini görürük.

Bir daha vurğulayırıq ki, Azərbaycan ilk gündən ÜST-ün tövsiyələrinə uyğun fəaliyyət göstərməklə yanaşı, COVID-19-la mübarizə çərçivəsində həyata keçirilən əməkdaşlıqlara öz töhfəsini vermişdir və vətəndaşlarının sağlamlığı üçün qarşıya qoyulmuş bütün öhdəlikləri yerinə yetirməyə bu gün də davam edir”.

Bildirilib ki, COVAX-la yazışmalarda Azərbaycanın bu vaksinləri infrastruktur baxımından qəbul etməyə tam hazır olduğu bildirilib:

“Bu gün COVAX layihəsi faktiki olaraq öz öhdəliklərini yerinə yetirə bilmir. Vaksinlərin düzgün paylaşdırılmasında ədalətsiz yanaşma birbaşa bu layihənin icrasında ciddi problemlərin olmasından xəbər verir.  Hesab edirik ki, COVAX layihəsi çərçivəsində bu proses nəzarətdə saxlanılmalı və istehsalçı şirkətlər qarşısında konkret tələblər qoyulmalıdır. 

Agentlik mövqeyini COVAX-a göndərilən rəsmi məktubda bildirib və təşəbbüskar qurumları qərara yenidən baxmağa çağırıb”.

345