BAKI, 5 fevral — Sputnik. Türkiyə və Azərbaycan Silahlı Qüvvələri yaxın vaxtlarda Qars vilayətində birgə təlimlər keçirəcək. Sputnik Azərbaycan xəbər veririk, bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.
Titrer heybetinden yerle gök! Yürüyen bir dağ… Coşkun bir sel… Dinmeyen bir tufan… 🇹🇷🇦🇿
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) February 5, 2021
Kars’ta icra edilecek “Kış-2021 Türkiye-Azerbaycan Birleşik Müşterek Tabur Görev Kuvveti Tatbikatı” hazırlıklarımız devam ediyor.#MSB #TSK pic.twitter.com/4hyNxRhHWI
Məlumata əsasən, təlimlər "Qış-2021" şərti adı ilə keçiriləcək.
"Səsindən titrəyər yerlə göy! Gəzən bir dağ... Coşqun bir sel... Dinməyən bir tufan. Qarsda keçiriləcək "Qış təlimi-2021" Türkiyə-Azərbaycan birgə taktiki təlimlərinə hazırlıqlar davam edir", - deyə Türkiyə Milli Müdafiə Nazirliyinin paylaşımında bildirilir.
BAKI, 3 mart — Sputnik. 2021-ci il mart ayının 2-də daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 37 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalan 20 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.
BAKI, 3 mart — Sputnik. AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın orta əsrlər tarixi" şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə onun yaxın dostu Qələndər Muxtarlı məlumat verib.
Xatırladaq ki, tarixçi bir müddət idi ki, koronavirusa görə müalicə alırdı. O ötən ay ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.
Dilavər Mirzəkişi oğlu Əzimli 1959-cu il dekabrın 5-də Cəlilabad rayonunun Ağdaş kəndində anadan olub.
O, 1987-1992-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsini qırmızı dipıoma bitirib və həmin fakültənin aspiranturasında saxlanılıb. Dilavər Əzimli 1992-1994-cü illərdə Xarici İqtisadi Əlaqələr nazirliyində aparıcı mütəxəssis işləyib. 1994-cü ildən 2004-cü ilə kimi Azərbaycan mətbuatında müxtəlif qəzet və jurnallarda çalışıb. 2003-cü ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın orta əsrlər tarixi" şöbəsində çalışırdı, eyni zamanda Azərbaycan Dövlət Pedaqoji Universitetində "Türk və Şərqi Avropa xalqları" kafedrasının müəllimi idi. Evlidir, iki övladı var.
Əzimli bir monoqrafiya, bir kitab müəllifidir.