Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 5 fevral — Sputnik. Xaçmazda 4 ildir ki, itkin düşən şəxs axtarılır. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Xaçmaz rayonunun Mürşüdoba kənd sakini, 46 yaşlı Zaur Həmidov 2017-ci ildə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Zaur Həmidovun əlamətləri belədir: Boyu 172 sm., orta bədən quruluşlu, uzun sifətli, gözlərinin rəngi qaradır.
Zaur Həmidov ruhi əsəb xəstəliyindən əziyyət çəkir.
Gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinə 023-325-53-56 şəhər və 051-843-02-02 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
BAKI, 7 mart - Sputnik. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər sakini İ.Vəliyevin qonşusuna məxsus yaşayış evində oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları həmin məclisdə iştirak edənlərə bir daha xüsusi karantin rejiminin qaydalarını izah ediblər.
Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.
BAKI, 7 mart — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Instagram" səhifəsində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib.
Посмотреть эту публикацию в Instagram
Sputnik Azərbaycan-ın məlumatına görə, o, üzərində "bayramınız mübarək, 8 Mart Beynəlxalq Qadınlar günü" sözləri yazılmış sadə dizaynlı açıqcanı da paylaşımına əlavə edib.