Kamil Zeynallı, arxiv şəkli

Dövlət Xidməti təkzib verdi: Kamil Zeynallını heç bir medalla təltif etməmişik

1291
(Yenilənib 11:36 05.02.2021)
Füzuli İsmayılov: "Həmin şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən heç bir medal və mükafatla təltif edilməyib"

BAKI, 5 fevral - Sputnik. Kamil Zeynallı adlı vətəndaşın Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırışı üzrə Dövlət Xidməti tərəfindən təltif olunması barədə sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil. 

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat katibi Füzuli İsmayılov öz Facebook hesabında məlumat yayıb. 

"Bəzi sosial şəbəkə hesablarında və xəbər saytlarında Kamil Zeynallı adlı vətəndaşın Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırışı üzrə Dövlət Xidməti tərəfindən təltif olunması barədə həqiqətə uyğun olmayan məlumatlar yayılmışdır. Bildiririk ki, həmin şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən heç bir medal və mükafatla təltif edilməmişdir", - İsmayılov bildirib. 

Qeyd edək ki, idmançı və bloger Kamil Zeynallı ötən gün öz Facebook hesabında iki medala layiq görüldüyü barədə məlumat yayıb. 

Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-polkovnik Arzu Rəhimova və onun birinci müavini general-mayor Mayıl Şahverdiyevə təşəkkür edən idmançı "Milli Ordu - 100" və "Vətən naminə" medallarıyla təltif olunduğunu bildirib. O, həmçinin yazıb ki, etdiyi yardımlara görə layiq görüldüyü medalları sabah (bu gün) ona təqdim edəcəklər. 

Kamil Zeynallı hazırda sözügedən statusunu silib. 

1291

Azad edilmiş daha bir kəndimizin hazırkı mənzərəsi belədir - VİDEO

6
Cəbrayıl rayonunun Papı kəndi 2020-ci ilin oktyabrın 21-də əks-hücum əməliyyatı nəticəsində işğaldan azad olunub.

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Papı kəndindən videogörüntülər paylaşıb. Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

6
Britaniya kraliçası II Elizabet, arxiv şəkli

Britaniya kraliçası öz şəxsi təyyarələrindən məhrum olacaq

8
Kral ailəsi indiyədək dörd BAE-146 regional təyyarədən və AW-109 helikopterindən istifadə edib. Ancaq həmin helikopter bundan sonra da kraliçaya xidmət edəcək.

BAKI, 6 mart - Sputnik. Böyük Britaniya kraliçası II Elizabet daha özünün xüsusi təyyarələrindən istifadə edə bilməyəcək və bundan sonra Baş nazirin təyyarəsindən istifadə etməli olacaq.

APA xəbər verir ki, bu barədə “Mail Online” nəşri məlumat yayıb.

“1980-ci illərdən bəri kral ailəsinin istifadəsində olan təyyarələr gələn ildən etibarən Hərbi Hava Qüvvələrinin tərkibindən çıarılacaq və kraliça öz hökmranlığı dövründə ilk dəfə şəxsi təyyarəsiz qalacaq”, - deyə yazıb.

Qərarın müdafiə xərclərinin azaldılması səbəbindən verildiyi bildirilir.

Qeyd edək ki, kral ailəsi indiyədək dörd BAE-146 regional təyyarədən və AW-109 helikopterindən istifadə edib. Ancaq həmin helikopter bundan sonra da kraliçaya xidmət edəcək.

8