Elektron qolbaq, arxiv şəkli

Onlar qolbaqla necə hərəkət edə biləcək? Baş nazir qərar imzaladı

25
(Yenilənib 19:42 03.02.2021)
Şəxslər elektron nəzarət vasitəsindən istifadə etməkdən imtina etdikdə, onu zədələdikdə məhkəməyə təqdimat verilir və ya inzibati xəta haqqında protokol təqdim edilir

BAKI, 3 fevral — Sputnik. Nazirlər Kabineti "İctimai işlər növündə cəza çəkən və ya ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin elektron nəzarət vasitəsindən istifadə Qaydası"nı təsdiq edib. Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin imzaladığı müvafiq Fərmanla Nazirlər Kabinetinə ictimai işlər növündə cəza çəkən və ya inzibati tənbeh tətbiq olunmuş şəxslərin elektron nəzarət vasitəsindən istifadə etmə qaydasının müəyyən edilməsi tapşırılıb.

Bununla əlaqədar olaraq Nazirlər Kabineti tərəfindən "İctimai işlər növündə cəza çəkən və ya ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin elektron nəzarət vasitəsindən istifadə Qaydası" hazırlanıb.

Adıçəkilən qaydalara əsasən:

- İctimai işlər növündə cəza çəkən və ya ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslər üçün təqdim olunan elektron nəzarət vasitəsi onların müəyyən edilmiş vaxt ərzində ictimai işlərin yerinə yetirilməsi yerlərində olmasını avtomatlaşdırılmış rejimdə izlənilməsini təmin edir.

- Nəzarət vasitəsi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında icra məmuru tərəfindən təqdim olunur. Elektron nəzarət vasitəsi nəzarət subyektinə təqdim edilməmişdən əvvəl texniki mütəxəssislər tərəfindən yoxlanılmalıdır. Nasaz vəziyyətdə olan nəzarət vasitəsi nəzarət subyektinə təqdim edilə bilməz. İstifadə olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə icra məmuru nasaz avadanlığa baxış keçirməli və onu müvafiq qaydalara uyğun olaraq yenisi ilə əvəz edir.Elektron nəzarət vasitəsi onu gəzdirən şəxs tərəfindən zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur.

- Şəxslər elektron nəzarət vasitəsindən istifadə etməkdən imtina etdikdə, onu zədələdikdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün məhkəməyə təqdimat verilir və ya inzibati xəta haqqında protokol təqdim edilir.

- Elektron nəzarət vasitəsinin nəzarət subyektinin üzərində olmasını yoxlamaq məqsədilə monitorinq mərkəzinin dispetçeri həmin cihaza əl-barmaq izinin təsdiqlənməsi ilə bağlı sorğu göndərir.

25
Bakının Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə üçün mənzillər

Bu il evlə təmin olunacaq şəhid ailəsi müharibə əlillərinin sayı açıqlandı

2
(Yenilənib 18:56 27.02.2021)
"Bu siyasət mənəvi normalara əsaslanır və Vətən uğrunda canından keçmiş insanların yaxınları dövlət tərəfindən bundan sonra da qayğı ilə, diqqətlə əhatə olunacaqlar”

BAKI, 27 fevral — Sputnik. Prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə xüsusi qayğısı nəticəsində mənzil və fərdi evlə təminat proqramı 2021-ci ildə 2 dəfəyə qədər genişlənəcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlikdə keçirilən kollegiya iclasında bildirib.

O bildirib ki, bu il 3 minə yaxın şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin olunacaq.

Nazir qeyd edib ki, Prezidentin iştirakı ilə fevralın 25-də Şağan Reabilitasiya Pansionatının açılışı, şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması şəhid ailələrinin, müharibə əlillərinin yüksək qayğı ilə əhatə olunması işlərinin uğurla və daha geniş miqyasda davam etdirildiyini göstərir: "Həmin tədbirdə çıxışında Prezident İlham Əliyev ötən dövrdə 9200-ə yaxın şəhid ailəsi və müharibə əlilinin mənzillərlə təmin edildiyini, təkcə keçən il 1572 mənzilin verildiyini, bu il də 3 minə yaxın mənzil veriləcəyini, müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verildiyini diqqətə çatdırdı. Dövlət başçısı "Bizim bu sahədəki siyasətimiz birmənalıdır. Bu siyasət mənəvi normalara əsaslanır və Vətən uğrunda canından keçmiş insanların yaxınları dövlət tərəfindən bundan sonra da qayğı ilə, diqqət ilə əhatə olunacaqlar" deyə bəyan etdi".

İlham Əliyev Bakının Ramana qəsəbəsində mənzillərin təqdim olunması mərasimində
© Official website of President of Azerbaijan Republic

S.Babayev yeni açılan 250 çarpayılıq Şağan Reabilitasiya Pansionatının önəmini qeyd edib: "Ölkə Prezidentinin bildirdiyi kimi: "Orada da minlərlə qazi hər il müalicə alacaq, reabilitasiyadan keçəcək, öz sağlamlığını bərpa edəcək". Ümumilikdə dövlət başçısının tapşırığı əsasında son illərdə qurulan müasir reabilitasiya infrastrukturu Vətən müharibəsində yaralanmış hərbçilərimizin də yüksək səviyyədə reabilitasiya xidmətləri ilə təminatı üçün xüsusi önəm kəsb edir".

Nazir şəhid ailələri və müharibə əlillərinin mənzillərlə təminat proqramının bu il daha da genişləndirilməsi, qazilərimizin reabilitasiyası ilə bağlı Prezident İlham Əliyev tərəfindən Nazirlik qarşısında müəyyən edilən vəzifələrin yüksək səviyyədə icra ediləcəyini vurğulayıb.

İclasda Bakı şəhərində və Abşeron rayonunda yaxın aylarda DOST Mərkəzlərinin açılması üçün aparılan işlər, 4 saylı Bakı DOST Mərkəzinin və Abşeron rayon DOST Mərkəzinin yaradılması və nizamnamələrinin təsdiq edilməsi məsələləri müzakirə olunub. Qeyd edilib ki, son iki ildə yaradılmış DOST Mərkəzləri tərəfindən artıq 300 min vətəndaşa xidmət göstərilib, bu mərkəzlərin sayı artdıqca DOST xidmətləri ilə əhatə olunanların da sayı artacaq.

"Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu Qaydaları"nın, "Şəxslərin işaxtaran və işsiz kimi qeydiyyata alınmasının, qeydiyyatdan müvəqqəti çıxarılmasının və qeydiyyatının ləğv edilməsi xidmətinin Pasportu"nun təsdiq edilməsi, peşə hazırlığı mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi və s. məsələlər də iclasda müzakirə olunub.

2
Teqlər:
təminat, mənzil, qazi, şəhid ailələri
Mingəçevirdə ölü qarğa

Mingəçevirdə qarğalar qırılır - FOTO

9
(Yenilənib 18:39 27.02.2021)
Şəhər sakinləri son bir həftədə quşların ölümünü daha çox müşahidə etdiklərini deyirlər. Qarğa leşlərinə şəhər xəstəxanasının həyətində də rast gəlinir.

Rahim Məmmədov, Sputnik Azərbayacan

BAKI, 27 fevral — Sputnik. Qarğaların 250-300 il yaşaması haqda əfsanələr dolaşsa da, əslində, bu səs-küylü quşlar 15-20, ən çoxu isə 30-40 il ömür sürür. Onlar əsasən zibil poliqonlarında daha çox gözə dəyir. Əsasən bitkilər, böcəklər, qida qalıqları ilə dolanırlar. Qarğalar təhlükə ilə üz-üzə qaldıqda və ya yem tapdıqda daha çox səs-küy salmaları ilə seçilirlər. Sputnik Azərbaycan xəbər verir ki, son bir həftədə Mingəçəvir şəhəri ərazisində bu canlıların kütləvi ölümü müşahidə edilir. Şəhər sakini Mobil Ələkbərov Sputnik Azərbaycan-a bildirib ki, parklarda, küçələrdə qarğa leşlərinə son günlər tez-tez rast gəlinir: 

© Sputnik / Rahim Mammadov
Mingəçevirdə ölü qarğalar
“Mən şəxsən bu gün şəhər ərazisində beş qarğanın ölüb düşdüyünü görmüşəm. Amma bilmirəm ölüm səbəbi nədir. Onu həkimlər, mütəxəssislər araşdırmalıdırlar. Onu da deyim ki, 10-15 gündür, belə ölüm halları çoxdur. Əvvəlki günlərdə qarğa leşlərinə rast gəlməmişdim”.

Qarğaların kütləvi ölümü hər hansı xəstəliyin yayılmasına səbəb ola bilər. Elə bunu nəzərə alan Mingəçevir sakinləri narahatdırlar. Şəhər sakini Mehman Məlikov aidiyyatı qurumları tezliklə hərəkətə keçməyə, quşların ölüm səbəbini müəyyən etməyə səsləyib.

  • Mingəçevirdə ölü qarğalar
    © Sputnik / Rahim Mammadov
  • Mingəçevirdə ölü qarğalar
    © Sputnik / Rahim Mammadov
  • Mobil Ələkbərov
    © Sputnik / Rahim Mammadov
  • Mingəçevirdə ölü qarğalar
    © Sputnik / Rahim Mammadov
  • Mingəçevirdə ölü qarğalar
    © Sputnik / Rahim Mammadov
1 / 5
© Sputnik / Rahim Mammadov
Mingəçevirdə ölü qarğalar

“Bir həftə, bəlkə də çox olar, parklarda, küçələrdə qarğa leşlərinə rast gəlirik. Yəqin ki, xəstəlikdən ölürlər, bunu dəqiq deyə bilmərəm. Aidiyyatı qurumlara müraciət edirik ki, bunu araşdırsınlar, öyrənək, görək nədən ölür bu canlılar. Küçədə hərəkət edən zaman görürsən, qəfildən göydən nəsə düşdü. Baxırsan ki, qarğadır, ağacdan leşi düşür. Onlar uzunömürlüdür, qəfildən belə çoxlu ölümü səbəbsiz deyil”.

Şəhər ərazisində quşların qara, ağ-qara və digər bəzəkli növlərinin leşlərinə rast gəlinir. Həmçinin Mingəçevir Şəhər Xəstəxanasının həyətində də quşların ölüsünü görmək olur. Qarğaların kütləvi ölüm səbəbini öyrənmək üçün Mingəçevir şəhər Baytarlıq İdarəsinə müraciət etdik. İdarə rəisi Talıb Talıbov Sputnik Azərbaycan-ın bölgə müxbirinə məsələdən xəbərsiz olduğunu bildirib. Həmçinin şəhər sakinlərinin idarəyə müraciət etmədiklərini deyib.

9
Teqlər:
ölüm, qarğa, Mingəçevir