Çingiz Mustafayevdən Şərq melizmlərinin mistikasını özündə birləşdirən mahnı - VİDEO

© Photo : Instagram / chingizmustafayevЧингиз Мустафаев, фото из архива
Чингиз Мустафаев, фото из архива - Sputnik Azərbaycan, 1920, 03.02.2021
Abunə olmaq
Müğənni "Gülzar istərəm" adlı yeni mahnısını "Instagram" hesabında paylaşıb. Mahnı haqqında məlumat verən müğənni bu mahnını keçən yay Oğuz rayonunda təbiət qoynunda yazdığını deyib.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 3 fevral — Sputnik. Hər zaman fərqli janrlarda mahnılar ifa edən Çingiz Mustafayev bu dəfə də maraqlı bir mahnı ilə gündəmə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, müğənni "Gülzar istərəm" adlı yeni mahnısına çəkilmiş klipi "Instagram" hesabında paylaşıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Chingiz Mustafayev (@chingizmustafayev)

Mahnı haqqında məlumat verən müğənni bu mahnını keçən yay Oğuz rayonunda təbiət qoynunda yazdığını deyib: "Qəzəl üçün Məhəmməd Füzuli yaradıcılığından bəhrələndim və ortaya belə bir əsər çıxdı. Əsərdə şərq melizmlərinin mistikasına qapılıb olduğunuz məkandan ruhən tərki-dünya ola bilərsiniz. Tərki-dünya olsanız, özünüzü ucsuz-bucaqsız bir səhralığın ortasında tapacaqsınız. Nə etməli? Nə axtarmalı? Nə görməli? Nə düşünməli? Nə sorğulamalı? Onu artıq sizin xəyal gücünüzə buraxıram".

Qeyd edək ki, müğənni sözügedən mahnıya çəkilmiş klipdə fərqli bir imicdə - Şərq üslubunda geyinib. Sufizmin elementləri hiss olunan klipin rejissoru Fuad Tofiqoğludur. Klip izləyicilər tərəfindən bəyənilib. Müğənninin izləyiciləri ona xoş sözlərini yazıblar.

Xəbər lenti
0