Bayılda sürüşmə (29 yanvar 2021 il)

Badamdarda sürüşmə davam edir

11
Əli Əliyev: "Qısa zamanda orada bərpa işlərinə başlayaraq yamacboyu su çıxan mənbələr ləğv ediləcək".

BAKI, 2 fevral — Sputnik. "Badamdardakı sürüşmə ilə bağlı monitorinqlər tərəfimizdən davam etdirilir. Proseslərin dinamikasında zəifləmə qeyd edilsə də, tam qərarlaşma mövcud deyil".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev "Ekspert saatı"nda deyib.

Onun sözlərinə görə, son günlər yağışlı hava şəraiti süxurların kolloidləşməsinə şərait yaradıb: "Eyni zamanda, mərkəzi süxur kütləsinin axması zamanı sağ və sol cinahlarında qismən asılı süxur kütlələrinin yaranmasına səbəb olub. Bu da nəmişlik dərəcəsindən asılı olaraq dayanıqlılığı itirmiş sayılar. Proseslərin qərarlaşmasını gözləyirik ki, qısa zamanda orada bərpa işlərinə başlayaq. Həm də yamacboyu su çıxan mənbələr ləğv ediləcək".

11
Qonaqlıq, arxiv şəkli

Masallıda toy: Polis şadyanalıq üçün qonşunun evinə toplaşanları cəzalandırdı

107
(Yenilənib 00:27 08.03.2021)
Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

BAKI, 7 mart - Sputnik. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər sakini İ.Vəliyevin qonşusuna məxsus yaşayış evində oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları həmin məclisdə iştirak edənlərə bir daha xüsusi karantin rejiminin qaydalarını izah ediblər.

Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

107
Prezident İlham Əliyev, arxiv şəkli

İlham Əliyev Instaqramda qadınlarla bağlı paylaşım edib

147
O, üzərində "bayramınız mübarək, 8 Mart Beynəlxalq Qadınlar günü" sözləri yazılmış sadə dizaynlı açıqcanı da paylaşımına əlavə edib.

BAKI, 7 mart — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Instagram" səhifəsində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib.

Посмотреть эту публикацию в Instagram

Публикация от @presidentaz

Sputnik Azərbaycan-ın məlumatına görə, o, üzərində "bayramınız mübarək, 8 Mart Beynəlxalq Qadınlar günü" sözləri yazılmış sadə dizaynlı açıqcanı da paylaşımına əlavə edib.

147
Teqlər:
8 Mart Beynəlxalq Qadınlar Günü, 8 mart, Prezident İlham Əliyev, İlham Əliyev