Stanislav Zas, arxiv şəkli

"Yerevan bizə yardım üçün müraciət etməmişdi" - KTMT rəhbəri

18
(Yenilənib 17:06 02.02.2021)
Eyni zamanda, müəyyən bir dövlətə yardım göstərmək üçün KTMT-nin imkanlarından istifadə şərtləri və prosedurunun açıq şəkildə ifadə olunduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi olduğunu anlamalıyıq.

BAKI, 2 fevral — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistana yardım etməsi mexanizmi nəzərdən keçirilməyib, çünki Yerevan təşkilata müraciət etməyib. Sputnik Ermənistan xəbər verir ki, bunu təşkilatın sədri Stanislav Zas bildirib.

"Biz əvvəldən hərbi əməliyyatların dayandırılmasını və regionda problemlərin sülh yolu ilə həlli mövqeyindən çıxış edirdik. Bu mövqe dəyişməyib", - deyə Zas vurğulayıb.

O vurğulayıb ki, KTMT vəziyyətin müşahidəsi və atəşi dayandırıb, danışıqlar masasına oturmaq tələbləri ilə kifayətlənməmişik:

"Eyni zamanda, müəyyən bir dövlətə yardım göstərmək üçün KTMT-nin imkanlarından istifadə şərtləri və prosedurunun açıq şəkildə ifadə olunduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi olduğunu anlamalıyıq. 4-cü bəndə görə, ölkələrindən birinə təcavüz, onun təhlükəsizliyi, sabitliyi, ərazi bütövlüyü, suverenliyini təhdid edəcək bir hücum halında, bu dövlətin müraciəti əsasıda dərhal hərbi də, daxil olmaqla hərtərəfli yardım edilir. Ermənistandan KTMT-yə hərbi və ya digər yardım üçün müraciət daxil olmadı. Biz bu mexanizmi işə salmadıq".

18
Teqlər:
Ermənistan, Yerevan, KTMT, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı
 COVİD-19-da ölən şəxs, arxiv şəkli

Ermənistanda COVID-19-dan ölənlərin sayı 3200-ə çatır

3
(Yenilənib 18:31 27.02.2021)
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 113,4 milyonu keçib, 2,51 milyondan çox insan isə virus səbəbilə ölüb.

BAKI, 27 fevral — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 171793-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 283 nəfər artıb.

Ermənistanda son gündə daha 7 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3190-na çatıb. Xəstəlikdən sağalanların sayı 163309 nəfər olub. Hazırda bu ölkədə 4481 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 113,4 milyonu keçib, 2,51 milyondan çox insan isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

3
Teqlər:
statistika, Koronavirus, epidemiya, COVID-19, Ermənistan
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Zəncir, arxiv şəkli

"Narkobaron Alı" ələ keçdi

6
(Yenilənib 18:29 27.02.2021)
Keçirilən növbəti əməliyyat nəticəsində özünü “Alı” kimi təqdim edərək narkotik vasitələrin satışı ilə məşğul olan vətəndaş Allahverdi Orucov tutulub

BAKI, 27 fevral — Sputnik. Bir neçə gün əvvəl Səbail Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə və 9-cu Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan Nurlan Kişiyev Nicat İmanquliyevin saxlanılması barədə məlumat verilib.

Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a bildiriblər ki, qeyd edilən əməliyyat nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan vətəndaş Nicat İmanquliyevin yaşadığı evdən ümumi çəkisi 2 kiloqramdan artıq olan narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. N.İmanquliyev ifadəsində narkotik vasitələri satış məqsədi ilə “Alı” adlı şəxsdən əldə etdiyini bildirib.

Səbail RPİ və 9-cu PB əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat nəticəsində özünü “Alı” kimi təqdim edərək narkotik vasitələrin satışı ilə məşğul olan vətəndaş Allahverdi Orucov tutulub. Onun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı 11 büküm satış üçün qablaşdırılan narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin, Abşeron rayonunda yaşadığı mənzilindən isə 5 kiloqram qurudulmuş marixuana aşkar edilərək götürülüb. A.Orucov ifadəsində paytaxt və ətraf ərazilərdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Saxlanılan şəxslər barəsində Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və onlar tutularaq istintaqa cəlb olunublar. Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Səbail RPİ və 9-cu PB əməkdaşları tərəfindən keçirilən sonuncu əməliyyatlar zamanı ümumilikdə 7 kiloqramdan artıq narkotik vasitənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.

6
Teqlər:
narkotik, polis, həbs, narkobaron