Mina, arxiv şəkli

Qubadlının bir kəndində 120 ədəd piyada əleyhinə mina zərərsizləşdirildi

13
(Yenilənib 10:47 02.02.2021)
31 yanvar tarixində Qubadlı rayonunun Məlikəhmədli kəndi yaxınlığında 120 ədəd piyada əleyhinə mina sərhədçi istehkamçılar tərəfindən zərərsizləşdirilib.

BAKI, 2 fevral — Sputnik. Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə sayəsində dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, o cümlədən ölkəmizin Ermənistan Respublikası ilə dövlət sərhədi işğaldan azad edildikdən sonra bu ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun yaradılması üzrə tədbirlər davam etdirilir.

© State Border Service of Azerbaijan Republic
Qubadlı rayonunun Məlikəhmədli kəndi yaxınlığında zərərsizləşdirilən minalar

Dövlət Sərhəd Xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhəd xətti boyu minaladığı ərazilər Dövlət Sərhəd Xidmətinin mühəndis-istehkam bölmələri tərəfindən hazırda minalardan təmizlənilir.

31 yanvar tarixində Qubadlı rayonunun Məlikəhmədli kəndi yaxınlığında 120 ədəd piyada əleyhinə mina sərhədçi istehkamçılar tərəfindən zərərsizləşdirilib.

13
Teqlər:
Qubadlı rayonu, Qubadlı, Ermənistan
Bəşər Əsəd və xanımı Əsma xəstəxanada. 8 avqust 2018-ci il

Bəşər Əsəd xanımı da bu mərəzə tutulub

2
(Yenilənib 18:20 08.03.2021)
“Prezident Bəşər Əsəd və xanımı Əsmanın koronavirusla bağlı verdikləri testin cavabı müsbət çıxıb”.

BAKI, 8 mart - Sputnik. Suriya prezidenti Bəşər Əsəd və xanımı Əsma koronavirus virusuna yoluxduqlarını söyləyiblər.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə RİA Novosti Suriya prezidentinin administrasiyasına istinadən məlumat yayıb.

“Prezident Bəşər Əsəd və xanımı Əsmanın koronavirusla bağlı verdikləri testin cavabı müsbət çıxıb”, - xəbərdə deyilir.

Bəşər Əsəd və həyat yoldaşının yaxşı vəziyyətdə, durumlarının stabil olduğu qeyd edilir.

2
Teqlər:
Əsma Əsəd, Suriya prezidenti Bəşər Əsəd, Bəşər Əsəd, Koronavirus, epidemiya, COVID-19
COVİD-19-da ölən şəxs, arxiv şəkli

Azərbaycanda koronavirusa yoluxma sayında azalma, ölüm sayında artım baş verib

85
(Yenilənib 18:21 08.03.2021)
İndiyədək ölkədə ümumilikdə 236 963 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 229 789 nəfər müalicə olunaraq sağalıb, 3 247 nəfər vəfat edib. Hazırda 3 927 aktiv xəstə var.

BAKI, 8 mart - Sputnik. Azərbaycanda koronavirus infeksiyasına 195 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Sputnik Azərbaycan-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada 6 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 236 963 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 229 789 nəfər müalicə olunaraq sağalıb, 3 247 nəfər vəfat edib. Hazırda 3 927 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 624, bu günə qədər isə ümumilikdə 2 657 999 test icra olunub.

85
Teqlər:
Nazirlər Kabineti yanında Operativ Qərargah, yoluxma, pandemiya, Koronavirus, COVID-19