Ağdamda dağıdılmış məscid

Qarabağ atlarına həsr olunmuş "Datse" Moskva İppodromunda

12
(Yenilənib 21:11 30.01.2021)
Filmin rejissoru Ava İsmayilova bu mövzuya müraciətlə Qarabağ atlarının sayının azalmasına diqqət çəkmək niyyətində olduğunu söyləyib.

BAKI, 30 yanvar — Sputnik. Moskvanın Mərkəzi İppodromunda Qarabağ atlarına həsr olunan "Datse" qısametrajlı bədii filminin təqdimatı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, "Unicorn Challenge" kino şirkətinin istehsalı olan filmin rejissorları Anar Ömərov və Ava İsmayılovadır. Rolları Azərbaycan və Rusiya aktyorları ifa edirlər.

Filmin yaradıcıları latış rəssam Datse Ştrausun Qarabağ atlarına sevgisi vasitəsilə tamaşaçılara bu nadir at cinsi barədə danışır, eyni zamanda, Azərbaycanın qədim Qarabağ torpağından bir daha söhbət açırlar. Əsas məqsəd isə kökü kəsilməkdə olan bu at cinsini yaşatmağın vacibliyini dünyaya çatdırmaqdır.

Filmin rejissoru Ava İsmayilova bu mövzuya müraciətlə Qarabağ atlarının sayının azalmasına diqqət çəkmək niyyətində olduğunu söyləyib. Filminin "Datse" adlandırılmasını isə rejissor rəssam Datse Ştrausun Azərbaycan mədəniyyətinə, Qarabağın tarixinə sevgi və rəğbəti ilə əlaqələndirib. A. İsmayılova gələcəkdə bu mövzuda tammetrajlı filmin də çəkiləcəyini vurğulayıb.

Təqdimatın təşkilatçısı Dəmirəl Sultanzadə 2019 ildə Moskvada keçirilən "Ekviros" sərgisində ilk dəfə Qarabağ atlarının təqdim olunduğunu bildirib. Onun sözlərinə görə, həmin sərgidə 300-dən çox at cinsi nümayiş edilsə da, Qarabağ atları tamaşaçıların xüsusi marağına və heyrətinə səbəb olub:

"Qarabağ atlarını dünyaya daha çox tanıtmaq və bu barədə film çəkmək ideyası da məhz o zaman yaranıb. Filmin başlıca qayəsi Qarabağ atlarını yaşatmağın tariximiz və gələcəyimiz üçün nə qədər önəmli olduğuna diqqəti cəlb etməkdir".

Qeyd edək ki, rəssam Datse Ştraus bir müddət Azərbaycanda yaşayıb. Onun nadir Qarabağ atlarına sevgisi silsilə rəsm əsrlərinin ərsəyə gəlməsi ilə nəticələnib. Datse Ştrausun rəsmlərindən ibarət sərgilər müxtəlif şəhərlərdə, o cümlədən Bakıda və Moskvada da təşkil olunub. Rəssam tamaşaçılarına Qarabağ atlarının möhtəşəmliyi, şahanəliyi, fərqliliyini nümayiş etdirməklə sanki bu məşhur atların qan yaddaşında qalmış qəhrəmanlıq tarixinin dirçəlişinə işarə edir.

12
Oğlan, arxiv şəkli

Daha bir telefon mağazasından oğurluq olub

11
Yasamal ərazisindəki mağazaların birindən 10.000 manat dəyərində 20 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş A.Yusifov saxlanılıb.

BAKI, 4 mart — Sputnik. Yasamalda telefon mağazasından 10.000 manat dəyərində mobil telefon, moped və 2 ədəd motosiklet oğurlayan şəxslər saxlanılıblar. Bu bardəə Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 10.000 manat dəyərində 20 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş A.Yusifov saxlanılıb. Saxlanılan şəxsin ətrafında aparılmış tədbirlərlə onun paytaxt sakini Kamil Xasıyevlə birgə Bakı şəhər sakini olan 1 nəfərin mopedini, 2 şəxsin isə “Yamaha” və “Haojue” markalı motosikletlərini qaçırmaları da müəyyən edilib. Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində K.Xasiyev də saxlanılaraq istintaq təqdim edilib.

Faktla bağlı 27-ci Polis Bölməsində saxlanılan şəxslər barəsində toplanan materiallar Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. 

11
Koronavirusa qarşı peyvənd Pfizer-BioNTech, arxiv şəkli

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ÜST-ə etirazını bildirdi

333
Agentlik: Azərbaycanın “Pfizer-BioNTech” vaksinlərini əldə edəcək 18 ölkə siyahısına daxil edilməməsi aydın deyil

BAKI, 4 mart - Sputnik. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) Azərbaycanın COVAX platforması çərçivəsində “Pfizer-BioNTech” vaksinlərini əldə edəcək 18 ölkə siyahısına daxil edilməməsi barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qeydi ilə razı deyil.

Agentlikdən bildirilib ki, ÜST tərəfindən verilən məlumatda 29 yanvar tarixinədək COVID-19 peyvənd proqramına başlamış iştirakçı ölkələr “Pfizer-BioNTech” peyvəndinin birinci müstəsna paylanma mərhələsinə daxil edilmədiyi qeyd olunub:

“Bu əsaslandırma aydın deyil və bununla bağlı müddəalar heç bir hüquqi sənəddə və rəsmi yazışmalarda öz əksini tapmayıb. Azərbaycan ÜST-ün tövsiyələrini nəzərə alaraq vaksinasiya strategiyasını təsdiqləyib və vaksinlərin qəbulu üçün bütün texniki tələbləri yerinə yetirib.

Ötən il yaradılmış COVAX platformasının “SARS-CoV-2” virusuna qarşı vaksinlərin hazırlanması təşəbbüsünü yüksək qiymətləndirən və bu əməkdaşlığa ilk qoşulan 50 ölkədən biri də məhz Azərbaycan Respublikasıdır”.

Məlumatda qeyd olunub ki, Azərbaycan vaksinlərin dünya ölkələri arasında ədalətlilik və həmrəylik prinsipləri ilə bölgüsünün tərəfdarıdır:

“Təəssüflə qeyd etmək istərdik ki, təcrübədə bunun əksini görürük.

Bir daha vurğulayırıq ki, Azərbaycan ilk gündən ÜST-ün tövsiyələrinə uyğun fəaliyyət göstərməklə yanaşı, COVID-19-la mübarizə çərçivəsində həyata keçirilən əməkdaşlıqlara öz töhfəsini vermişdir və vətəndaşlarının sağlamlığı üçün qarşıya qoyulmuş bütün öhdəlikləri yerinə yetirməyə bu gün də davam edir”.

Bildirilib ki, COVAX-la yazışmalarda Azərbaycanın bu vaksinləri infrastruktur baxımından qəbul etməyə tam hazır olduğu bildirilib:

“Bu gün COVAX layihəsi faktiki olaraq öz öhdəliklərini yerinə yetirə bilmir. Vaksinlərin düzgün paylaşdırılmasında ədalətsiz yanaşma birbaşa bu layihənin icrasında ciddi problemlərin olmasından xəbər verir.  Hesab edirik ki, COVAX layihəsi çərçivəsində bu proses nəzarətdə saxlanılmalı və istehsalçı şirkətlər qarşısında konkret tələblər qoyulmalıdır. 

Agentlik mövqeyini COVAX-a göndərilən rəsmi məktubda bildirib və təşəbbüskar qurumları qərara yenidən baxmağa çağırıb”.

333