BAKI, 30 yanvar — Sputnik. Ukrayanada, Dmitro Buraqo Nəşriyyat Evində Qarabağ mövzusuna həsr edilmiş roman, povest və hekayələrin toplandığı "Bayraqdar" antologiyası nəşr edilib.
Sputnik Azərbaycan xəbər verir ki, antologiyada Elçinin, Məmməd Orucun, Azər Abdullanın, Elçin Hüseynbəylinin, Günel Anarqızının, Vaqif Sultanlının, Kamran Nəzirlinin, Samirə Əşrəfin və Mirmehdi Ağaoğlunun əsərləri toplanıb.
Antologiyaya ölkəmizin Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri, Xalq yazıçısı Elmira Axundova geniş və məzmunlu "ön söz" yazıb. Nəşrə Azərbaycan Respublikasının Xarkovdakı fəxri konsulu Əfqan Salmanov dəstək göstərib. Antologiyanın tərtibçilərindən biri Səlim Babullaoğludur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qələbə müjdəli sözləri ilə başlayan "ön söz" yazısını Xalq yazıçısı, ölkəmizin Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova bu sözlərlə bitirir: "... Qarşımızda Qarabağ savaşından bəhs edən əsərlərin toplandığı kitab var. Daha doğrusu, müharibənin yandırdığı talelərdən, bu savaşda hər şeyini, doğma torpağını, doğma ocağını, yaxınlarını itirən insanlardan bəhs edən kitab. Amma bu adamlar əsas şeyləri qoruyub saxlamışdılar-insan ləyaqətini. Doğma torpağa olan qarşısıalınmaz sevgilərini. Bu sevgi isə, Vətən müharibəsinin 2020-ci ildəki 44 günü sübut elədi ki, möcüzələr yaratmağa qadirdir. Hesab edirəm ki, bu mütaliə heç də asan olmayacaq. Amma asan olmasa belə olduqca vacib, öyrədici olacaq..."
İlk növbədə səfir Elmira Axundovaya bu vacib təşəbbüsə və gözəl layihəyə görə təşəkkür edən, antologiyanın tərtibçilərindən biri, Bədii Tərcümə Mərkəzinin sədri Səlim Babullaoğlu hesab edir ki, Azərbaycan-Ukrayna ədəbi əlaqələrinin son illərdəki intensiv əməkdaşlığına ciddi töhfə olan bu nəşr sonuncu olmayacaq, Qarabağ mövzusunda ədəbiyyat müstəvisində Ukraynada daha başqa işlər görüləcək.
Qeyd edək ki, "Bayraqdar" Xalq yazıçısı Elçinin məlum mövzuya həsr olunmuş povestinin adıdır.
BAKI, 7 mart - Sputnik. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər sakini İ.Vəliyevin qonşusuna məxsus yaşayış evində oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları həmin məclisdə iştirak edənlərə bir daha xüsusi karantin rejiminin qaydalarını izah ediblər.
Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.
BAKI, 7 mart — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Instagram" səhifəsində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib.
Посмотреть эту публикацию в Instagram
Sputnik Azərbaycan-ın məlumatına görə, o, üzərində "bayramınız mübarək, 8 Mart Beynəlxalq Qadınlar günü" sözləri yazılmış sadə dizaynlı açıqcanı da paylaşımına əlavə edib.