Bakıda tutqun hava, arxiv şəkli

Meteohəssas insanlara xəbərdarlıq

12
(Yenilənib 21:19 30.01.2021)
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

BAKI, 30 yanvar — Sputnik. Yanvarın 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətidən Sputnik Azərbaycan-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 2-4 dərəcə isti, gündüz 8-11, Bakıda gecə 2-4 dərəcə isti, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4 dərəcə isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz:

Yanvarın 31-də Abşeron yarımadasında cənub küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

12
Bakıda zibil qutuları, arxiv şəkli

Bakının sərt məişət tullantıları: problemin həlli

3
"Təmiz Şəhər" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elmar Məlikov Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında "Təmiz Şəhər" ASC-nin paytaxtdakı zibilliklərlə mübarizə prosesində hansı rolu oynadığından danışacaq.

Planetimizin sakinləri hər gün min ton lazımsız materialdan qurtulur. Bu, hamının başa düşdüyü mənada tullantı deməkdir. Ancaq tullantıların içində qiymətli materiallar da var: sonradan istifadə oluna biləcək şüşə qablar, kağız, platik materiallar və s. Mütəxəssislər bu fikirdədirlər ki, həmin materiallardan təkrar istifadə planetin ekologiyası ilə bağlı yükü əhəmiyyətli dərəcədə azalda bilər.

Bakıda da uzun illərdir ki, bu problem aktualdır. Orta hesabla hər bir Bakı sakini ildə 350 kq məişət tullantısı istehsal edir. Bu rəqəmi sayı 2,2 milyondan (rəsmi məlumatlara əsasən) çox Bakı əhalisinin sayına vursaq, hər il paytaxtda nə qədər böyük həcmdə tullantı istehsal olunduğunu təsəvvür etmək mümkündür. Sakinlər qarşısıalınmaz zibilxanaların yaranması ilə bağlı problemlərdən şikayətlənirlər. Bu problemi həll etmək üçün 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Təmiz şəhər" ASC yaradıldı. Bu addım qısa müddətdə sərt məişət tullantılarının idarə olunması üzrə düzgün sistemin yaradılması sayəsində paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılmasında mühüm uğur qazanmağa imkan verdi. Ancaq qarşıda həll olunmalı problemlər də var.

"Təmiz Şəhər" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elmar Məlikov fevralın 9-da, saat 12:00-da Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində keçiriləcək onlayn mətbuat konfransında 2018-2022-ci illər üzrə Sərt Tullantıların İdarə Edilməsi üzrə Milli Strategiyanın necə həyata keçirilməsi və "Təmiz Şəhər" ASC-nin paytaxtdakı zibilliklərlə mübarizə prosesində hansı rolu oynadığı barədə danışacaq.

Spikerə suallarınızı öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.

Əlaqə:

Telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi

3

Azərbaycanda son sutkada 319 nəfər COVID-19-a yoluxub, 5 nəfər vəfat edib

5
(Yenilənib 15:16 03.03.2021)
Azərbaycanda indiyədək ümumilikdə 235 333 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229 143 nəfər müalicə olunaraq sağalıb, 3 230 nəfər vəfat edib, aktiv xəstə sayı 2 960 nəfərdir. 

BAKI, 3 mart - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 319 yeni yoluxma faktı qeydə alınıb, 161 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 235 333 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229 143 nəfər müalicə olunaraq sağalıb, 3 230 nəfər vəfat edib, aktiv xəstə sayı 2 960 nəfərdir. 

Ölkədə son sutka ərzində 7 928, hazırkı dövrədək isə 2 618 808 test aparılıb.

5