AQTA Qazaxıstanın pomidorla bağlı "yalan"ını üzə çıxardı

26
(Yenilənib 21:36 28.01.2021)
Aparılan araşdırmaların nəticələri və qeyd olunan virusun aşkar olunmadığını sübut edən müayinələrin nəticələri ilə bağlı sənədlər toplusu Qazaxıstanın səlahiyyətli orqanına göndərilib.

BAKI, 28 yanvar - Sputnik. Azərbaycandan Qazaxıstana ixrac olunan pomidor məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

"Məlum olduğu kimi, ölkəmizdən Qazaxıstana ixrac olunan pomidor məhsulunda qonur qırışıqlıq virusunun aşkarlanması iddiası ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə 08-15 yanvar 2021-ci il tarixlərində ümumilikdə 17 bildiriş daxil olub və 16 yanvar 2021-ci il tarixindən etibarən respublikamızdan bu ölkəyə pomidor məhsullarının ixracına müvəqqəti məhdudiyyət tətbiq edilib.

Qeyd edək ki, 2020-ci il ərzində Azərbaycandan Qazaxıstana 1363,46 ton pomidor ixrac olunub. 2020-ci il ərzində və cari ilin əvvəlində Qazaxıstanla yanaşı, ölkəmizdən Niderland, Polşa, Estoniya, Moldova, Qətər, Rusiya, BƏƏ, Belarus, Gürcüstan kimi dünyanın bir çox ölkələrinə pomidor məhsulu ixrac olunub, lakin qeyd edilən virusun aşkar olunması ilə bağlı idxalçı ölkələr tərəfindən heç bir fakt qeydə alınmayıb.

Daxil olan məlumatların araşdırılması məqsədilə ixrac olunan pomidor məhsullarında qonur qırışıqlıq virusunun aşkarlandığı iddia olunan təsərrüfatlardan, geri qayıdan yük partiyalarından, həmçinin daxili bazarlarda satışa çıxarılan pomidor məhsullarından nümunələr götürülərək qonur qırışıqlıq virusu və digər viruslar üzrə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Mərkəzi Fitosanitar Laboratoriyasında və Türkiyə Cumhuriyyətinin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Ankara şəhərində yerləşən Zirayi Mücadilə Mərkəzi Araşdırma İnstitutunun beynəlxalq akkreditasiyalı laboratoriyasında müayinə olunub.

Bildirilir ki, bugünədək aparılan müayinələr zamanı müxtəlif təsərrüfatlardan, geri qayıdan yük partiyalarından və daxili bazarlarda satışa çıxarılan pomidor məhsullarından götürülən nümunələrdə qonur qırışıqlıq virusu və digər viruslar aşkar olunmayıb. Hazırda bu sahədə fəaliyyət göstərən mütəxəssislər tərəfindən pomidor məhsulunda iddia olunan qonur qırışıqlıq virusunun tədqiqi işləri davam etdirilir, aparılan tədqiqat işləri ilə bağlı mütəmadi olaraq məlumat veriləcəkdir.

Bütün bunlarla yanaşı, əldə olunmuş razılığa əsasən aparılan araşdırmaların nəticələri və qeyd olunan virusun aşkar olunmadığını sübut edən müayinələrin nəticələri ilə bağlı sənədlər toplusu Qazaxıstanın səlahiyyətli orqanına göndərilib.

Hazırda aidiyyəti qurumlarla birgə Qazaxıstanın müvafiq qurumu ilə bu istiqamətdə danışıqlar davam etdirilir və nəticələrlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir", - Agentlikdən bildirilib.

26
Teqlər:
AQTA, pomidor, Qazaxıstan
Erməni pasportu

Doğulduğu yer - Azərbaycan? Qarabağ ermənisinin pasportu Ermənistanda qalmaqal yaradıb

169
(Yenilənib 00:01 03.03.2021)
"Azərbaycan SSR deyil, DQR deyil, sadəcə Azərbaycan. İndi dostum deyir ki, nəhayət xəyal etdiyim vətəndaşlıq aldım və məlum oldu ki, mən Azərbaycandanam" - Arsen Karapetyan.

BAKI, 2 mart - Sputnik. Qarabağda doğulan Ermənistan vətəndaşlarının yeni pasportlarında doğum yeri hissəsinə “Azərbaycan” yazılmağa başlanılıb.

Sputnik Ermənistan xəbər verir ki, bu barədə Yerevan Ağsaqqallar Şurasının “Mənim addımım” fraksiyasından olan keçmiş üzvü, memar Arsen Karapetyan öz Facebook hesabında yazıb. 

Karapetyan qeyd edib ki, dostu 80-ci illərin ortalarında Ağdərədə (Mardakertdə) anadan olub. Daha sonra isə Rusiyada yaşayıb və hazırda Ermənistan vətəndaşlığı almaq üçün müraciət edib. Onun pasportunda doğum yeri kimi isə Azərbaycan göstərilib.

"Azərbaycan SSR deyil, DQR deyil, sadəcə Azərbaycan. İndi dostum deyir ki, nəhayət xəyal etdiyim vətəndaşlıq aldım və məlum oldu ki, mən Azərbaycandanam. Nədir bu?", - deyə Karapetyan sosial şəbəkədə yazıb.

Məsələ ilə bağlı Ermənistan polisinin pasport və viza şöbəsinin rəis müavini Məryəm Gevorkyan açıqlama verib.

"Bu vətəndaş Sovet İttifaqı dövründə anadan olub, Azərbaycan SSR-də anadan olub. Ermənistan Respublikasının pasportu səyahət sənədidir, beynəlxalq standartlara uyğundur, ona görə keçmiş SSRİ ölkələri üçün kodlar yoxdur. Başqa sözlə, əgər bir insan keçmiş SSRİ-nin bir ölkəsində anadan olubsa, onun doğulduğu yer pasporta ölkənin indiki adı ilə qeyd olunur, yəni Gürcüstan SSRİ deyil, Gürcüstan", - deyə Məryəm Gevorkyan bildirib.

O əlavə edib ki, "bu, köhnə təcrübədir". 

Qeyd edək ki, Arsen Karapetyan şərh bölümündə dostunun doğulduğu yerin "Azərbaycan SSR" kimi göstərildiyi Rusiya pasportunu da yerləşdirib. 

169
Netflix şirkətinin loqosu, arxiv şəkli

Çağatay Ulusoyun "Netflix"dəki filmindən ilk treyler - VİDEO

9
(Yenilənib 23:01 02.03.2021)
Filmdə kağız və karton toplayaraq yaşayan, səhhəti vaxt ötdükcə pisləşən Mehmet tərk edilən bir uşaq tapır. Onun həyatına girən Ali Mehmetə öz uşaqlığını xatırladır.

BAKI, 2 mart — Sputnik. Türkiyəli aktyor Çağatay Ulusoyun baş rolu oynadığı növbəti "Netflix" filmi "Kağıttan hayaller"in ilk treyleri yayımlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, 12 martda yayımlanacaq ekran işi 190-dan çox ölkədə, 204 milyondan çox istifadəçiyə göstəriləcək.

Filmdə kağız və karton toplayaraq yaşayan, səhhəti vaxt ötdükcə pisləşən Mehmet tərk edilən bir uşaq tapır. Onun həyatına girən Ali Mehmetə öz uşaqlığını xatırladır.

9