Vilayət Eyvazov Mələkxanım Əyyubovanın həyat yoldaşını vəzifədən azad edib

© Photo : Instagram / melekxanimeyubovaMələkxanım Əyyubova
Mələkxanım Əyyubova - Sputnik Azərbaycan
Abunə olmaq
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının komandir müavini, polis polkovniki Xosrov Nəcəfov vəzifəsindən azad olunaraq təqaüdə göndərilib.

BAKI, 28 yanvar - Sputnik. Daxili İşlər orqanlarında növbəti kadr dəyişikliyi olub. Sputnik Azərbaycan xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının komandir müavini, polis polkovniki Xosrov Nəcəfov xidmətdə olmanın son yaş həddinə görə vəzifəsindən azad olunaraq təqaüdə göndərilib.

Hələlik həmin vəzifəyə təyinat yoxdur. Qeyd edək ki, Xosrov Nəcəfov Azərbaycanın Xalq artisti, tanınmış xanəndə Mələkxanım Əyyubovanın həyat yoldaşıdır.

Xəbər lenti
0