Azərbaycanda quş qripi riski var

21
Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev: "Bizim ölkəmizdə köçəri quşların həm daimi, həm də müvəqqəti məskunlaşma yerləri var. Ona görə Azərbaycan bu xəstəliyə görə riskli ölkə sayılır".

BAKI, 28 yanvar - Sputnik. Quş qripi ilə bağlı monitorinqlərin keçirilməsində əsas məqsəd ailə təsərrüfatları, təbiət ərazilərində yüksək patogen quş qripi təhlükəsi olan quşun olub-olmamağını öyrənməkdir. 

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Facebook” sosial şəbəkəsindəki “Təhlükəsiz qida” adlı onlayn verilişində respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev bildirib.

Onun sözlərinə görə, noyabr, dekabr və yanvar aylarında monitorinqlər həyata keçirilib, həm epizootoloji, həm də monitorinq müayinələrinin nəticəsində xəstəliyə hər hansı şübhə olmayıb:

“Azərbaycan Ümumdünya Heyvan Sağlamlığı təşkilatının üzvüdür. Bu təşkilatın xətti ilə ölkələrdən heyvan xəstəlikləri barədə məlumatlar daxil olur. Məqsəd məlumatları əldə edərək xəstəliklərdən qorunmaq, xəstəliklərin ölkəyə daxil olmasının qarşısın almaqdır. Bu mövsümdə xüsusilə yüksək patogenli quş qripinin artma tendensiyası davam edir. Xüsusən Avropa ərazisində, ticarət əlaqələrimizin geniş olduğu bir sıra dövlətlər, eyni zamanda, İran, Rusiya, Qazaxıstan, Ukraynada bu xəstəlik var. Adekvat olaraq müəyyən tədbirlər həyata keçirməyə başlamışıq. Quş qripi xəstəliyi köçəri quşlar vasitəsilə yayılır. Bizim ölkəmizdə köçəri quşların həm daimi, həm də müvəqqəti məskunlaşma yerləri var. Ona görə Azərbaycan bu xəstəliyə görə riskli ölkə sayılır".

Onun sözlərinə görə, birinci görülməli profilaktik tədbir budur ki, istər kiçik ailə təsərrüfatları, istərsə də iri kommersiya təsərrüfatlarında ev quşlarının köçəri və çöl quşları ilə, xüsusilə qarğa, göyərçin, sərçə ilə təmasının qarşısı alınsın: "Bu quşlara qulluq zamanı şəxsi gigiyena vasitələrinə əməl olunmalıdır. Eyni zamanda, səbəbi məlum olmayan tələfat aşkarlandıqda dərhal müvafiq qaydada məlumat verilməlidir”.

21
Teqlər:
"quş qripi"
Qonaqlıq, arxiv şəkli

Masallıda toy: Polis şadyanalıq üçün qonşunun evinə toplaşanları cəzalandırdı

112
(Yenilənib 00:27 08.03.2021)
Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

BAKI, 7 mart - Sputnik. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər sakini İ.Vəliyevin qonşusuna məxsus yaşayış evində oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları həmin məclisdə iştirak edənlərə bir daha xüsusi karantin rejiminin qaydalarını izah ediblər.

Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

112
Prezident İlham Əliyev, arxiv şəkli

İlham Əliyev Instaqramda qadınlarla bağlı paylaşım edib

160
O, üzərində "bayramınız mübarək, 8 Mart Beynəlxalq Qadınlar günü" sözləri yazılmış sadə dizaynlı açıqcanı da paylaşımına əlavə edib.

BAKI, 7 mart — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Instagram" səhifəsində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib.

Посмотреть эту публикацию в Instagram

Публикация от @presidentaz

Sputnik Azərbaycan-ın məlumatına görə, o, üzərində "bayramınız mübarək, 8 Mart Beynəlxalq Qadınlar günü" sözləri yazılmış sadə dizaynlı açıqcanı da paylaşımına əlavə edib.

160
Teqlər:
8 Mart Beynəlxalq Qadınlar Günü, 8 mart, Prezident İlham Əliyev, İlham Əliyev