COVİD-19-da ölən şəxs, arxiv şəkli

Ermənistanda koronavirus: 3067 nəfər ölüb

10
(Yenilənib 21:45 28.01.2021)
Xəstəlikdən sağalanların sayı 156645 nəfər olub. Hazırda bu ölkədə 6195 nəfər xəstəxanada müalicə alır.

BAKI, 28 yanvar — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 166669-a çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 242 nəfər artıb.

Ermənistanda son gündə daha 11 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3067-yə çatıb. Xəstəlikdən sağalanların sayı 156645 nəfər olub. Hazırda bu ölkədə 6195 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 100,8 milyonu keçib, 2,17 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

10
Teqlər:
Ermənistan, Koronavirus, epidemiya, COVID-19
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

Azərbaycan XİN bəyanat yaydı: Ermənistan əsgərlərini Qarabağa sızdırır

7
Azərbaycan tərəfi Ermənistandan özünün silahlı qüvvələrini qanunsuz şəkildə Azərbaycan ərazilərində yerləşdirilməsinə son qoymağı tələb edir

BAKI, 27 fevral - Sputnik. 10 noyabr 2020-ci il tarixində Azərbaycan və Ermənistan arasında bütün hərbi fəaliyyətlərin dayandırılmasını özündə ehtiva edən birgə bəyanatın imzalanmasından sonra Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin beynəlxalq hüququn norma və prinsiplərinə, beynəlxalq insan hüquqlarının əsas prinsiplərinə zidd olaraq Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərində hərbi xidmət üçün göndərilməsi hallarına rast gəlinir.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. 

"Ermənistanda fəaliyyət göstərən beynəlxalq media agentliklərinin məlumatlarında Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin aldadılaraq və ya zorla məcbur edilərək Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində hərbi fəaliyyətlərə cəlb edildiyi, bunun həm hərbçilərin həm də onların ailələrinin etirazına səbəb olduğu bildirilir. Məlumatlarda hərbçilərin valideynlərinin açıq şəkildə öz övladlarını Azərbaycan ərazisində hərbi xidmətə cəlb olunmasına etiraz etdikləri, Ermənistan hərbçilərinin “Laçın dəhlizi”ndən gizli şəkildə keçirilərək Azərbaycan Respublikasının ərazilərinə zorla yerləşdirilməklə onların həyatlarının risk altına qoyulduğu, onların işgəncə və qeyri-insani rəftara məruz qaldıqları öz əksini tapır.

Bu xüsusda bildiririk ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərində Azərbaycanın razılığı olmadan hər hansı bir formada yerləşdirilməsi beynəlxalq hüququn norma və prinsiplərinin, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığının, eləcə də Ermənistanın özünün də tərəfdar çıxdığı digər beynəlxalq sənədlərin müddəalarınının açıq şəkildə pozuntusudur.

Ermənistan hərbçilərinin hazırda Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyi Azərbaycan Respublikasının ərazilərinə qanunsuz şəkildə göndərilməsi eyni zamanda, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr tarixli birgə bəyanatının kobud şəkildə pozuntusudur", - məlumatda qeyd olunur.

XİN-dən vurğulanıb ki, 10 noyabr birgə bəyanatı Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan Respublikasının ərazilərinə yerləşdirilməsinə paralel olaraq Ermənistan silahlı qüvvələrinin həmin ərazilərdən çıxarılmasını nəzərdə tutur: "Həmçinin bəyanatda “Laçın dəhlizi” üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verilir. Bu dəhlizinin hərbi məqsədlər üçün istifadə olunması, xüsusilə gizli şəkildə, mülki formada və mülki nəqliyyat vasitələrində gizlədilməklə şəxsi heyətin ərazilərimizə yeridilməsi “Laçın dəhlizi” üzrə hərəkət rejiminin kobud şəkildə pozuntusudur. Bu, sülhməramlı kontingentin nəzarət mexanizmlərinin pozulması olmaqla, kontingentin bölgədə vəziyyətin sabitləşdirilməsi səylərinə zərbə vurur.

Ermənistanın bu addımları həmin bəyanatla regionda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı şəkildə tanınması və hörmət edilməsi əsasında əlaqələrin normallaşdırılması, sülh və sabitliyin təmin edilməsini nəzərdə tutan tədbirləri ciddi şəkildə sual altına qoyur və vəziyyətin gərginləşdirilməsinə xidmət edir.

Qeyd etmək istərdik ki, məhz Ermənistan tərəfindən öz silahlı qüvvələrini üçtərəfli bəyanatın qüvvəyə minməsindən sonra ötən ilin noyabr ayının sonlarında qanunsuz şəkildə Azərbaycan ərazisində yerləşdirməsi bölgədə hərbi gərginliyə səbəb olmuşdur. Azərbaycan hərbçilərinə və mülki şəxslərinə qarşı hücumlar təşkil edən Ermənistanın diversiya qrupu anti-terror əməliyyatı nəticəsində zərərsizləşdirilmiş, 62 nəfərdən ibarət qrup saxlanılaraq Azərbaycanın istintaq orqanlarına təhvil verilmişdir. Silahlı şəxslərin qanunsuz şəkildə Azərbaycan Respublikasının ərazilərinə daxil olması onların mənsub olduğu ölkə üçün beynəlxalq hüquqi məsuliyyət doğurmaqla yanaşı, həmin şəxslər üçün Azərbaycan Respublikasının milli qanunvericiliyinə uyğun olaraq fərdi cinayət məsuliyyəti yaradır.

Ermənistan hərbçilərinin digər ölkənin - Azərbaycan Respublikasının ərazilərində qanunsuz hərbi məqsədlər üçün istifadəyə, xüsusilə aldatma və zorla məcbur etmə vasitəsilə cəlb edilməsi, həm də beynəlxalq insan hüquqları hüququnun, habelə Ermənistanın da üzv olduğu Avropa Şurası və ATƏT kimi regional təşkilatlar çərçivəsində qəbul edilmiş müvafiq sənədlərdə təsbit edilmiş müddəaların ciddi şəkildə pozulmasıdır.

Azərbaycan tərəfi Ermənistandan özünün silahlı qüvvələrini qanunsuz şəkildə Azərbaycan ərazilərində yerləşdirilməsinə son qoymağı tələb edir və beynəlxalq ictimaiyyəti Ermənistanın bu cür təxribatçı hərəkət və fəaliyyətlərə son qoyması üçün zəruri tədbirlər görməyə çağırır.

Eyni zamanda, insan hüquqlarının müdafiəsi mandatı olan təşkilatların Ermənistanın öz silahlı qüvvələrinin nümayəndələrinin insan hüquq və azadlıqlarını kobud şəkildə pozan, onların həyat və sağlamlıqlarını legitim müdafiə ehtiyacı olmadan təhlükə altında qoyan bu hərəkətlərini qətiyyətlə pisləməsi və bu ölkəni qeyd edilən fəaliyyətlərdən çəkindirmək üçün tədbirlər görməsi vacibdir.

Azərbaycan tərəfi bir daha bəyan edir ki, bölgədə sülh və sabitliyin, rifah və dayanıqlı iqtisadi inkişafın təmin edilməsi üçün Ermənistan beynəlxalq hüquqdan, eləcə də 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində imzalanmış birgə bəyanatlardan irəli gələn bütün öhdəliklərinin tam şəkildə və vicdanla icra edilməsinin alternativi yoxdur".

7
Teqlər:
yerləşdirmə, qanunsuz, erməni hərbçi, Qarabağ, bəyanat, Azərbaycan xarici işlər nazirliyi
Üç bacı dolması

"Washington Post" Azərbaycan mətbəxindən yazdı

2
(Yenilənib 19:07 27.02.2021)
Məqalədə Azərbaycan səfiri Elin Süleymanova istinadla regionda çay, dolma və paxlava hazırlanması mədəniyyətində Azərbaycan mətbəxinin özünəməxsusluqlarına diqqət yetirilir

BAKI, 27 fevral — Sputnik. "Washington Post" qəzeti ABŞ paytaxtında Azərbaycan mətbəxini təmsil edən "Şərbət" şirniyyat evindən reportaj hazırlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, yazıda Vaşinqton şəhərində Azərbaycan şirniyyat evinin yaranma tarixçəsi barədə məlumat verilir, bu məkanın adının qızılgül ləçəkləri və ya zəfərandan hazırlanan milli içkidən götürüldüyü, şərbətin, həmçinin Azərbaycanın ən məşhur şirniyyatı olan paxlavaya da vurulduğu bildirilir. Azərbaycan paxlavasının forması, zərif dadı və nazik ləçəklərinin onu digər xarici şirniyyat növlərindən xeyli fərqləndirdiyi qeyd olunur.

© Sputnik / Ilham Mustafa / Səbinə Əsədova

Məqalədə Azərbaycan səfiri Elin Süleymanova istinadla regionda çay, dolma və paxlava hazırlanması mədəniyyətində Azərbaycan mətbəxinin özünəməxsusluqlarına diqqət yetirilir. Bundan əlavə, Novruz bayramının simvollarından olan şorqoğal, şəkərbura və şirniyyat evində hazırlanan digər milli və beynəlxalq un məmulatları barəsində məlumat verilir, onların nəfis şəkilləri təqdim olunur.

Ümumiyyətlə qeyd etmək istərdik ki, son zamanlar ABŞ paytaxtında Azərbaycan mətbəxinə marağın artması müşahidə olunmaqdadır. Bu, özünü nüfuzlu mətbu orqanlarda ölkəmizin mətbəxinə həsr olunan guşələrdən də göstərməkdədir. "Şərbət" şirniyyat evi qısa müddətdə açılmasına baxmayaraq, Vaşinqton və yaxın şəhərlərin sakinləri arasında böyük populyarlıq qazanıb.

 

2
Teqlər:
məqalə, "The Washington Post", ABŞ, Azərbaycan mətbəxi, Azərbaycan