Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, arxiv şəkli

Prezidentin köməkçisi: "Gərginliyin artması bizim coğrafiyamıza da təsir edə bilər"

18
(Yenilənib 17:37 27.01.2021)
Biz coğrafiyamızı, yəni geosiyasi mühiti dəyişməyə müvəffəq olduq. Azərbaycan üzləşdiyi işğalı aradan qaldırdı və Azərbaycan torpaqları işğaldan azad edildi. İndi regionda yeni bir müstəvi, yeni imkanlar açılmışdır.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 27 yanvar — Sputnik. Dünyanın geosiyasi mənzərəsi əsaslı şəkildə dəyişib. Təəssüf hissi ilə qeyd etmək olar ki, hazırda beynəlxalq münasibətlərdə sistemli bir yanaşma yoxdur. Beynəlxalq hüququn aliliyi qorunmur. Azərbaycan öz şəxsi təcrübəsində də bunu görüb. Sputnik Azərbaycan xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) birgə təşkilatçılığı ilə bu gün keçirilən "Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili" adlı vebinarda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O vurğulayıb ki, beynəlxalq sülhə və təhlükəsizliyə məsul olan qurumlar tamamilə qeyri-effektiv şəkildə fəaliyyət göstərməkdədir: "Dövlətlər arasında gərginlik və beynəlxalq hüququ pozan davranışlar getdikcə artmağa doğru davam edir. Bugünkü beynəlxalq münasibətlər 1910-cu ildə olan beynəlxalq münasibətləri - hansı ki, böyük dövlətlər arasında çox kəskin bir rəqabətin aparıldığı dövrə və biz bunun nə ilə nəticələndiyini bilirik, eyni zamanda, 1929-1933-cü illərdə böhran şəraiti COVID-19-un yaratdığı böhran şəraiti ilə müqayisə olunur. Bunların da sonradan nəticəsinin şahidi olduq. İnşallah, biz ümid edirik ki, bu dəfə beynəlxalq münasibətlərdə bu gərginlik olmaz".

Prezidentin köməkçisi qeyd edib ki, hazırda dövlətlərarası gərginliyi artıra biləcək zəminlər və fəsadlar var: "Xüsusilə COVID-19-dan sonrakı dünyaya baxdıqda dünya üzrə iqtisadi tənəzzül, yoxsulluğun artması və bu zəmində də müxtəlif münaqişələrin və gərginliyin artması bizim coğrafiyamıza da təsir edə bilər".

"Biz coğrafiyamızı, yəni geosiyasi mühiti dəyişməyə müvəffəq olduq. Azərbaycanın üzləşdiyi işğalı aradan qaldırmağa aradan qaldırdıq və Azərbaycan torpaqları işğaldan azad edildi. İndi regionda yeni bir müstəvi, yeni imkanlar açılmışdı. Bu xüsusda da Azərbaycan və Türkiyənin üzərinə yeni vəzifələr və yeni öhdəliklər düşür. İstər ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, istərsə də bütöv bir regionun geniş mənada geosiyasətinin dəyişdirilərək bunun əməkdaşlığa, işbirliyinə doğru inkişaf etdirilməsidir. Azərbaycan və Türkiyə əməkdaşlığı regionun və Avropanın enerji mənzərəsinin dəyişdirilməsində vacib fakt idi", - deyə Hikmət Hacıyev qeyd edib.

Onun sözlərinə görə, Türkiyə Cənubi Qafqazın hər üç ölkəsi ilə sərhədi olan yeganə ölkədir: "Coğrafi baxımdan götürsək, Türkiyə Cənubi Qafqaz ölkəsidir. Ona görə də Türkiyə Cənubi Qafqazda gedəcək proseslərdə və regionumuzda hələ də kövrək olan sülhün, davamlı sülhə köçürülməsi prosesində də aktiv şəkildə iştirak etməlidir".

Hacıyev, eyni zamanda, bildirib ki, Azərbaycan-Türkiyə birliyi Gürcüstanın da inkişafına səbəb olub: "Ermənistan siyasi rəhbərliyi ağıllı siyasət yürüdərsə, onlar da Azərbaycan və Türkiyə işbirliyindən yararlana bilərlər. Mehridən Naxçıvana kommunikasiya xəttinin açılması da yaxın günlərdə müzakirə olunacaq. Burada Ermənistan faktiki olaraq tranzit ölkəyə çevrilə bilər. Nəticə etibarı ilə, regionda kommunikasiyaların açılması, əməkdaşlıq bazasının gücləndirilməsi uzunmüddətli sülhü və təhlükəsizliyi gücləndirən amil olacaq".

18
Teqlər:
Hikmət Hacıyev
Qonaqlıq, arxiv şəkli

Masallıda toy: Polis şadyanalıq üçün qonşunun evinə toplaşanları cəzalandırdı

13
(Yenilənib 00:27 08.03.2021)
Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

BAKI, 7 mart - Sputnik. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər sakini İ.Vəliyevin qonşusuna məxsus yaşayış evində oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları həmin məclisdə iştirak edənlərə bir daha xüsusi karantin rejiminin qaydalarını izah ediblər.

Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.

13
Prezident İlham Əliyev, arxiv şəkli

İlham Əliyev Instaqramda qadınlarla bağlı paylaşım edib

13
O, üzərində "bayramınız mübarək, 8 Mart Beynəlxalq Qadınlar günü" sözləri yazılmış sadə dizaynlı açıqcanı da paylaşımına əlavə edib.

BAKI, 7 mart — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Instagram" səhifəsində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib.

Посмотреть эту публикацию в Instagram

Публикация от @presidentaz

Sputnik Azərbaycan-ın məlumatına görə, o, üzərində "bayramınız mübarək, 8 Mart Beynəlxalq Qadınlar günü" sözləri yazılmış sadə dizaynlı açıqcanı da paylaşımına əlavə edib.

13
Teqlər:
8 Mart Beynəlxalq Qadınlar Günü, 8 mart, Prezident İlham Əliyev, İlham Əliyev