Xarici İşlər naziri Ceyhun Bayramov, arxiv şəkli

Ceyhun Bayramov fransalı həmsədrlə bölgədəki vəziyyəti müzakirə edib

6
(Yenilənib 17:50 27.01.2021)
Tərəflər bölgədəki son vəziyyəti, o cümlədən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

BAKI, 27 yanvar — Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Stefan Viskonti arasında telefon danışığı olub.

XİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, söhbət qarşı tərəfin təşəbbüsü ilə baş tutub.

Tərəflər bölgədəki son vəziyyəti, o cümlədən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

6
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

Təhsil işçilərinin vaksinasiyasına başlanılıb

2
(Yenilənib 15:40 03.03.2021)
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən peyvənd məntəqələri kompüter avadanlıqları ilə təchiz olunub və data kart vasitəsilə internetə çıxış təmin olunub.

BAKI, 3 mart — Sputnik. Təhsil Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhsil işçilərinin vaksinasiyası ilə bağlı məlumat yayıb. Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, 3 mart 2021-ci il tarixindən "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq ümumi təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün vaksinasiya prosesinə başlanılıb. İlkin olaraq yaşı 50 və daha yuxarı olan pedaqoji və texniki heyətin vaksinasiyasına start verilib.

Bu məqsədlə Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərində 10 peyvənd məntəqəsi yaradılıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən peyvənd məntəqələri kompüter avadanlıqları ilə təchiz olunub və data kart vasitəsilə internetə çıxış təmin olunub.

Qeyd edək ki, koronavirus pandemiyası şəraitində normal tədris mühitinin davam etdirilməsi üçün pedaqoji və texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir.

2
Alma bağı, arxiv şəkli

Rusiya Azərbaycan alma pomidorunun idxalına icazə verdi

5
İdxala icazə qərarını Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə aparılan video yoxlamalar nəticəsində, həmçinin AQTA-nın zəmanəti altında verilib.

BAKI, 3 mart — Sputnik. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") martın 3-ündən etibarən 8 Azərbaycan müəssisəsindən alma, 19 şirkətdən isə pomidor idxalına icazə verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat "Rosselxoznadzor"-un saytında yerləşdirilib.

Məlumatda qeyd olunur ki, qurum idxala icazə qərarını Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə apardığı video yoxlamalar nəticəsində, həmçinin AQTA-nın zəmanəti altında verib.

İcazə verilən şirkətlərin siyahısı Rusiya qurumunun saytında yerləşdirilib.

5