Gəncədə Nizami Gəncəvi Muzeyi

Pekin Xarici Dillər Universiteti "Nizami irsi" layihəsinə start verib

16
(Yenilənib 17:52 27.01.2021)
Məqsəd Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin irsini Çin ictimaiyyətinə daha yaxından tanıtmaq, eyni zamanda Çin-Azərbaycan ədəbi əlaqələrində Nizami irsinin rolunu araşdırmaqdır.

BAKI, 27 yanvar — Sputnik. Pekin Xarici Dillər Universitetinin (PXDU) Azərbaycan dili kafedrası ölkəmizdə 2021-ci ilin "Nizami Gəncəvi İli" elan olunması münasibətilə "Nizami irsi" layihəsinə start verib.

Sputnik Azərbaycan xəbər verir ki, layihə bir il ərzində həyata keçiriləcək tərdbirlər silsiləsindən ibarət olacaq. Məqsəd Azərbaycanın dahi şair və mütəfəkkiri Nizami Gəncəvinin irsini Çin ictimaiyyətinə daha yaxından tanıtmaq, eyni zamanda Çin-Azərbaycan ədəbi əlaqələrində Nizami irsinin rolunu araşdırmaqdır.

İl ərzində Nizami Gəncəvi irsi haqqında Çin dilində elmi və publisistik məqalələrin dərci, sərgi və elmi konfransın təşkili, Nizaminin əsərlərinin Çin dilinə tərcüməsi, Azərbaycan və dünya nizamişünaslığına aid elmi araşdırmaların Çin dilinə tərcüməsi həyata keçiriləcək, habelə Çində nizamişünaslığın yaranması və inkişafı problemləri tədqiq ediləcək.

Qeyd edək ki, Çinin Təhsil Nazirliyinin müvafiq qərarına əsasən, ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından olan Pekin Xarici Dillər Universitetində 2018-2019-cu tədris ilindən etibarən Azərbaycan dili üzrə kadrlar hazırlanmasına başlanılıb. Bütün Asiya məkanında Azərbaycan dili ixtisası üzrə tələbə qəbulu və Azərbaycan dili kafedrası ilk dəfə PXDU-da təşkil olunub. Azərbaycan tərəfinin təşəbbüsü və dəstəyi ilə burada ötən illər ərzində dəfələrlə ölkəmizlə bağlı tədbirlər keçirilib, Azərbaycan həqiqətlərini, dilimizin və mədəniyyətimizin təbliğini elmi yolla reallaşdıran layihələr icra olunub. "Nəsimi ili" çərçivəsində 2019-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan dili və ədəbiyyatı sərgisi də keçirilib.

16
Rusiya Prezidenti Vladimir Putin

Putin Təhlükəsizlik Şurası ilə Qarabağda baş verənləri müzakirə edib

0
(Yenilənib 17:28 26.02.2021)
Rusiya Prezidenti: "Bizim sülhməramlılarımız, FHN qüvvələri, sərhədçilərimizin necə işləməsi və bu istiqamətdə beynəlxalq təşkilatlar, bizim xarici tərəfdaşlarımızla əməkdaşlığın necə getməsinə dair qiymətləndirmənizi eşitmək istəyirəm"

BAKI, 26 fevral — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə operativ iclas zamanı Dağlıq Qarabağda nizamlanma ətrafında vəziyyəti müzakirə edib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

"Biz bu gün sizinlə Dağlıq Qarabağ nizamlanması ətrafında vəziyyəti müzakirə edəcəyik. Bizim sülhməramlılarımız, FHN qüvvələri, sərhədçilərimizin necə işləməsi və bu istiqamətdə beynəlxalq təşkilatlar, bizim xarici tərəfdaşlarımızla əməkdaşlığın necə getməsinə dair qiymətləndirmənizi eşitmək istəyirəm", - deyə Putin qeyd edib.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılıq əldə olunub.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

 

0
Teqlər:
Qarabağ, Rusiya, Rusiya Təhlükəsizlik Şurası, Təhlükəsizlik Şurası, Vladimir Putin, Putin
Nikol Paşinyan, arxiv şəkli

Paşinyanın istefa verməsi istisna edilmir: Tərəflər son savaşa hazırlaşırlar

10
(Yenilənib 17:15 26.02.2021)
Görünən odur ki, hakimiyyətə gəlmək istəyən hansısa siyasi qüvvələr generallardan istifadə edərək mövcud hökuməti devirmək istəyir

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 26 fevral - Sputnik. Fevralın 25-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edən bəyanat verib. Sənədi Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan və 40-dan çox yüksək rütbəli hərbçi imzalayıb. Bunun ardınca Paşinyan da öz tərəfdarlarını Respublika meydanına toplayaraq hərbi çevriliş təhlükəsindən danışıb.

Sputnik Azərbaycan Ermənistanda baş verənlərlə bağlı politoloqlar Fikrət Sadıxov və İlqar Vəlizadənin fikirlərini öyrənib.

Politoloq Fikrət Sadıxov deyir ki, general ya çevriliş edir, ya da ümumiyyətlə siyasətə qarışmır: "Bunun üçüncü variantını başa düşmək mümkün deyil. Görünən odur ki, hakimiyyətə gəlmək istəyən hansısa siyasi qüvvələr generallardan istifadə edərək mövcud hökuməti devirmək niyyətindədir".

Politoloq deyib ki, artıq Ermənistanda siyasi elitanın parçalanmasını görürük:

"Bu ölkədə mitinqlər, yürüşlər davam edir. Amma küçələrə çıxanların sayına baxdıqda görürük ki, hələ kütləvilik yoxdur. Hakimiyyətin qorxub istefa verməsi üçün bu məsələdə kütləvilik olmalıdır. Təbii ki, Paşinyan bundan istifadə edərək tərəfdarlarını toplayır, gurultulu ifadələrlə dolu çıxışlar edir və hələlik vəziyyətə nəzarət edə bilir. Ola bilsin ki, bu vəziyyət elə bu şəkildə davam edəcək. Amma etiraz aksiyaları genişlənsə və davamlı xarakter alarsa, Paşinyanın istefaya getməsi istisna edilmir".

Politoloq İlqar Vəlizadə bildirir ki, bu, Ermənistanda birinci çevrilişə cəhd deyil: "Bundan öncə də bir neçə dəfə çevrilişə cəhd edilib. Ermənistan müxalifət liderləri bundan əvvəl verdikləri açıqlamalarda dolayısı ilə çevrilişə hazırlıqlarla bağlı mesajlar verirdi. Müharibədən sonrakı vəziyyət göstərdi ki, Ermənistanın hərbi elitası arasında Paşinyana münasibətdə yekdil mövqe yoxdur. Paşinyana qarşı olan və müxalifətlə təmaslarını davam etdirən hərbi elita məqam gözləyirdi. Paşinyanın da açıqlamaları buna münbit şərait yaratdı".

Politoloqun fikrincə, indiki vəziyyət Paşinyan üçün üstünlüklər yaratdığı kimi risklər də formalaşdırır: "Bu çevrilişə cəhdlə o, özünə loyal olan şəxsləri tanımış oldu. Ona qarşı çıxan şəxsləri vəzifələrindən uzaqlaşdırdı. Mövcud şərait qarşıdurmanın hərbi iğtişaşlara çevrilməsini istisna etmir. Paşinyana qarşı olan hərbi generalitet Qarabağdan qaytarılmış hərbi texnikanı silahlı iğtişaşlar üçün istifadə edə bilər. Bu gün Ermənistanda köhnə elitanın dayaqları zəifləyir və bu da onları getdikcə aqressivləşdirir. Tərəflər son savaşa hazırlaşırlar”.

10