Prezidentin Şuşa üzrə nümayəndəsi söz verdi

© AP Photo / Thanassis StavrakisŞuşa, arxiv şəkli
Şuşa, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sizi əmin etmək istəyirəm ki, Azərbaycan mədəniyyətinin paytaxtı olan Şuşanın planlı və sistemli şəkildə yenidən qurulması, olduqca zəngin tarixi, mədəni irsinin bərpa edilməsi üçün əlimdən gələni əsirgəməyəcəyəm.

BAKI, 27 yanvar — Sputnik. "Möhtərəm cənab Prezident, mənə bu etimadı göstərdiyinizə görə Sizə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Sizin rəhbərliyinizlə müzəffər Ordumuzun şücaəti nəticəsində Şuşa şəhəri işğaldan azad olunandan sonra etdiyiniz tarixi çıxışınızda "Şuşa, biz səni dirçəldəcəyik!" şüarını səsləndirmisiniz".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunan Aydın Kərimov Prezident İlham Əliyev tərəfindən videoformatda qəbul edilərkən çıxışı zamanı bildirib.

"Bu şüar altında quruculuq işlərində iştirak etmək mənim üçün böyük şərəf və eyni zamanda, böyük məsuliyyətdir. Sizi əmin etmək istəyirəm ki, Azərbaycan mədəniyyətinin paytaxtı olan Şuşanın planlı və sistemli şəkildə yenidən qurulması, olduqca zəngin tarixi, mədəni irsinin bərpa edilməsi, sakinlərin rahat və əlçatan müasir məxsusi şəhər mühitində yaşamaları üçün qarşımda qoyduğunuz vəzifələrin, bütün tapşırıqlarınızın vaxtında və tələb etdiyiniz səviyyədə yerinə yetirilməsi üçün əlimdən gələni edəcəyəm. Bir daha təşəkkür edirəm, cənab Prezident", -deyə Anar Kərimov bildirib.

Xəbər lenti
0