BAKI, 27 yanvar — Sputnik. Prezident İlham Əliyev Albert Mustafayevin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, A.Mustafayev Azərbaycanda heykəltəraşlıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.
Qeyd edək ki, tanınmış heykəltəraş, Azərbaycan SSR Əməkdar rəssamı (1982), Bakının simvollarından biri olan "Bəhram Gur əjdahanı öldürür" fontan-kompozisiyasının həmmüəllifi, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun təsviri incəsənət kafedrasının professorudur.
O, həmçinin həvəskar fotoaparatlar vasitəsilə peşəkar fotoşəkillər çəkməsi ilə də tanınır və 2015-ci ildə Azərbaycan Fotoqraflar Birliyi tərəfindən "İlin ən yaxşı fotoqrafı" Fəxri fərmanı ilə təltif edilib.
BAKI, 7 mart - Sputnik. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər sakini İ.Vəliyevin qonşusuna məxsus yaşayış evində oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları həmin məclisdə iştirak edənlərə bir daha xüsusi karantin rejiminin qaydalarını izah ediblər.
Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.
BAKI, 7 mart — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Instagram" səhifəsində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib.
Посмотреть эту публикацию в Instagram
Sputnik Azərbaycan-ın məlumatına görə, o, üzərində "bayramınız mübarək, 8 Mart Beynəlxalq Qadınlar günü" sözləri yazılmış sadə dizaynlı açıqcanı da paylaşımına əlavə edib.