Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 27 yanvar — Sputnik. Abşeron rayonu Xırdalan şəhərində baş vermiş partlayış zamanı xəsarət alanların bir qismi evə buraxılsa da, onların səhhəti nəzarətdə saxlanılır.
Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Mehriban Qaralova məlumat verib:
"Abşeron Rayon Mərkəzi Xəstəxanasının tibbi heyəti mənim iştirakımla partlayışda xəsarət alan və xəstəxanadan evə buraxılanlarla görüşüb. Biz 1968-ci il təvəllüdlü Ələzova Simayə Mövlud qızını müayinə etdik. O, partlayış zamanı başından xəsarət alıb. Başına 9 tikiş qoyulub. Hazırda evdə Abşeron RMX-nın həkim heyəti tərəfindən onun səhhətinə nəzarət edilir. Çünki onun yanaşı xəstəlikləri də var. Digər yaralananların da səhhəti tərəfimizdən nəzarətdə saxlanılır".
M.Qaralova bildirib ki, partlayış zamanı xəsarət alan 1983-cü il təvəllüdlü Musayev Vüsal Firuddin oğlu Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicəsini davam etdirir. Onun oğlu, hadisə zamanı yaralanan 2009-cu il təvəllüdlü Musayev Firuddin Vüsal oğlu isə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan evə buraxılıb:
"Çox təəssüf ki, biz onunla görüşə bilmədik. Çünki o, anasının və bacısının dəfnində iştirak etmək üçün Ağstafa rayonuna gedib. Bu səbəbdən də onunla səhhəti ilə bağlı görüşmək mümkün olmayıb. Amma gəldikdən sonra biz həmin ailənin səhhəti ilə maraqlanmaq, lazımi tibbi yardımı göstərmək üçün görüşəcəyik".
Xatırladaq ki, yanvarın 25-də axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində partlayış baş verib. Nəticədə uçqun olub. FHN xilasediciləri dağıntılar altından 6 nəfəri xilas edib, 2 nəfərin cəsədi çıxarılıb.
BAKI, 7 mart - Sputnik. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər sakini İ.Vəliyevin qonşusuna məxsus yaşayış evində oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları həmin məclisdə iştirak edənlərə bir daha xüsusi karantin rejiminin qaydalarını izah ediblər.
Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.
BAKI, 7 mart — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Instagram" səhifəsində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib.
Посмотреть эту публикацию в Instagram
Sputnik Azərbaycan-ın məlumatına görə, o, üzərində "bayramınız mübarək, 8 Mart Beynəlxalq Qadınlar günü" sözləri yazılmış sadə dizaynlı açıqcanı da paylaşımına əlavə edib.