Rusiyada epdimioloji vəziyyət

Rusiyada koronavirusdan ölənlərin sayı durmadan artır

6
(Yenilənib 13:27 27.01.2021)
Ümumilikdə Rusiyada bu xəstəliyə yoluxanların sayı 3774672-yə çatıb. Rusiyada pandemiya yayılandan 71076 nəfər COVID-19-dan vəfat edib.

BAKI, 27 yanvar — Sputnik. Son bir sutka ərzində Rusiyada 17741 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 594 nəfər ölüb.

Ümumilikdə Rusiyada bu xəstəliyə yoluxanların sayı 3774672-yə çatıb. Rusiyada pandemiya yayılandan 71076 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 3202483-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 100 milyonu keçib, 2,15 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

6
Şadlıq sarayı, arxiv şəkli

Şəmkirdə toy edən şəxslər məsuliyyətə cəlb olunub

0
Mərasim iştirakçılarından 40 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib.

BAKI, 3 mart — Sputnik. Şəmkirdə toy edən şəxslər məsuliyyətə cəlb olunublar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisində yerləşən “Pavlovniya” restoranında 120 nəfərdən ibarət toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal adıçəkilən ünvana gələrək toy mərasimini dayandırıblar, mərasim iştirakçıları və restoranın inzibatçısı saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Mərasim iştirakçılarından 40 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib. Restoran sahibi və digər 3 əməkdaşı barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Digər şəxslər ilə izahedici-profilaktiki söhbətlər aparılaraq, onlara Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən sanitar-karantin rejim qaydaları məlumat verilərək bu kimi hallara bir daha yol verilməməsi barədə xəbərdarlıq edilib.

 

0
Nikol Paşinyan və Onik Qasparyan, arxiv şəkli

Qiyamçı general bu gün istefaya göndəriləcək

2
(Yenilənib 11:53 03.03.2021)
Qeyd edək ki, fevralın 25-i Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb edib.

BAKI, 3 mart — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyan işdən çıxarılması barədə tələbi yerinə yetiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Johovurd" qəzeti məlumatlı mənbələrə istinadən xəbər verir.

"Böyük ehtimalla, Onik Qasparyan martın 4-ə dək tutduğu vəzifədən azad olunacaq", - deyə nəşr yazır.

Qəzet vurğulayır ki, son gecələri işdə keçirən Qasparyan bu gecə evinə qayıdacaq.

Qeyd edək ki, fevralın 25-i Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb edib. Bu barədə Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan, onun bütün müavinləri, bütün böyük hərbi birliklərin idarə rəhbərləri və komandirlərinin imzaladığı bəyanatda bildirilir.

Hərbçilər qeyd ediblər ki, Ermənistan Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryanın istefaya göndərilməsi barədə qərarın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verildiyini hesab edirlər. "Belə çətin şəraitdə verilən qərar dövlət əleyhinə olan məsuliyyətsiz addımdır", - deyə bəyanatda bildirilir.

Buna cavab olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb və Onik Qasparyanın tutduğu vəzifədən azad olunması barədə qərar verib.

Bundan sonra Ermənistan Prezidenti Armen Sarkisyan bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəhbəri Onik Qasparyanın işdən çıxarılması barədə qərarı imzalamayıb və onu geri, Baş nazir Nikol Paşinyana göndərib.

2
Teqlər:
Ermənistan, baş nazir Nikol Paşinyan