Fərman İsmayılovun nəşi Bakıya gətirildi

Nigeriya sahillərində öldürülən azərbaycanlının cəsədi Bakıya gətirildi - VİDEO

24
(Yenilənib 11:52 27.01.2021)
Dəniz quldurlarının öldürdüyü Fərman İsmayılovun cənazəsi əvvəlcə Qabondan Türkiyəyə, daha sonra isə Azərbaycana gətirilib.

BAKI, 27 yanvar — Sputnik. Nigeriya sahillərində dəniz quldurlarının hücumu nəticəsində həlak olan azərbaycanlı mühəndis Fərman İsmayılovun cənazəsi Azərbaycana gətirilib. Sputnik Azərbaycan xəbər verir ki, bu dəqiqələrdə onun cənazəsi təyyarədən yerə endirilir.

Qeyd edək ki, yanvarın 23-də dəniz quldurları Nigeriya sahillərində "Motsart" adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə hücum ediblər. Hücum zamanı gəminin 19 heyət üzvündən 15-i qaçırılıb, azərbaycanlı mühəndis Fərman İsmayılov isə öldürülüb. Gəmi 3 heyət üzvü ilə Qabonun Port-Gentil Limanına gətirilib.

Xatırladaq ki, Fərman İsmayılovun cənazəsi əvvəlcə Qabondan Türkiyəyə, daha sonra isə Azərbaycana gətirilib.

24
Teqlər:
Türkiyə, Bakı, Nigeriya, Qabon, dəniz quldurları
Alma bağı, arxiv şəkli

Rusiya Azərbaycan alma pomidorunun idxalına icazə verdi

3
İdxala icazə qərarını Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə aparılan video yoxlamalar nəticəsində, həmçinin AQTA-nın zəmanəti altında verilib.

BAKI, 3 mart — Sputnik. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") martın 3-ündən etibarən 8 Azərbaycan müəssisəsindən alma, 19 şirkətdən isə pomidor idxalına icazə verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat "Rosselxoznadzor"-un saytında yerləşdirilib.

Məlumatda qeyd olunur ki, qurum idxala icazə qərarını Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə apardığı video yoxlamalar nəticəsində, həmçinin AQTA-nın zəmanəti altında verib.

İcazə verilən şirkətlərin siyahısı Rusiya qurumunun saytında yerləşdirilib.

3
Bakıda zibil qutuları, arxiv şəkli

Bakının sərt məişət tullantıları: problemin həlli

4
"Təmiz Şəhər" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elmar Məlikov Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında "Təmiz Şəhər" ASC-nin paytaxtdakı zibilliklərlə mübarizə prosesində hansı rolu oynadığından danışacaq.

Planetimizin sakinləri hər gün min ton lazımsız materialdan qurtulur. Bu, hamının başa düşdüyü mənada tullantı deməkdir. Ancaq tullantıların içində qiymətli materiallar da var: sonradan istifadə oluna biləcək şüşə qablar, kağız, platik materiallar və s. Mütəxəssislər bu fikirdədirlər ki, həmin materiallardan təkrar istifadə planetin ekologiyası ilə bağlı yükü əhəmiyyətli dərəcədə azalda bilər.

Bakıda da uzun illərdir ki, bu problem aktualdır. Orta hesabla hər bir Bakı sakini ildə 350 kq məişət tullantısı istehsal edir. Bu rəqəmi sayı 2,2 milyondan (rəsmi məlumatlara əsasən) çox Bakı əhalisinin sayına vursaq, hər il paytaxtda nə qədər böyük həcmdə tullantı istehsal olunduğunu təsəvvür etmək mümkündür. Sakinlər qarşısıalınmaz zibilxanaların yaranması ilə bağlı problemlərdən şikayətlənirlər. Bu problemi həll etmək üçün 2006-cı ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Təmiz şəhər" ASC yaradıldı. Bu addım qısa müddətdə sərt məişət tullantılarının idarə olunması üzrə düzgün sistemin yaradılması sayəsində paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılmasında mühüm uğur qazanmağa imkan verdi. Ancaq qarşıda həll olunmalı problemlər də var.

"Təmiz Şəhər" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elmar Məlikov fevralın 9-da, saat 12:00-da Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində keçiriləcək onlayn mətbuat konfransında 2018-2022-ci illər üzrə Sərt Tullantıların İdarə Edilməsi üzrə Milli Strategiyanın necə həyata keçirilməsi və "Təmiz Şəhər" ASC-nin paytaxtdakı zibilliklərlə mübarizə prosesində hansı rolu oynadığı barədə danışacaq.

Spikerə suallarınızı öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.

Əlaqə:

Telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi

4