AZAL sərnişin təyyarəsi

AZAL gündəlik reysləri artırdı

14
(Yenilənib 15:38 26.01.2021)
Azərbaycanın milli aviadaşıyıcısı Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sayını gündə üç dəfəyədək artırır

BAKI, 26 yanvar — Sputnik. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq, 1 fevral tarixindən etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sayını gündə üç dəfəyədək artırır.

AZAL-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, reyslər aşağıdakı cədvəl üzrə həyata keçiriləcək:

- Bakıdan uçuş saat 08:00, 13:40 və 19:20;

- Naxçıvandan uçuş saat 10:50, 16:30 və 22:10.

Hava gəmisinə COVID-19 virusunun neqativ nəticələri barədə arayış təqdim edən sərnişinlər buraxılacaq.

Qeyd edilən istiqamət üzrə aviabiletlərin alınması məsələləri ilə bağlı aviaşirkətin çağrı mərkəzinə "WhatsApp" mesenceri vasitəsilə aşağıdakı nömrələr üzrə müraciət etməyinizi xahiş edirik:

- Bakı-Naxçıvan reysləri üçün:

WhatsApp: +994 55 204 65 54;

- Naxçıvan-Bakı reysləri üçün:

WhatsApp: +994 60 487 30 11.

Aviabiletləri həmçinin 1 fevral tarixindən açılması nəzərdə tutulan aviaşirkətin satış nöqtələrində əldə etmək mümkündür.

"Pandemiya dövründə təsdiq edilən qaydalara əsasən əl yükü qismində yalnız qadın əl çantasının, kişi portfelinin və ya 30x35x10 sm ölçüdə portativ kompüter çantasının (çanta yalnız təyinatı üzrə istifadə edilməlidir) götürülməsinə icazə verilir. Digər baqaj, o cümlədən kağız və polietilen paketlər baqaj bölməsində qeydiyyatdan keçirilməlidir. Pulsuz daşınan baqajın maksimal yol verilən çəkisi 23 kq-dır, ölçüləri üç ölçünün cəmində 158 sm-dən artıq olmamalıdır", - AZAL-dan bildirilib.

14
 Hafiz Əzimzadə

Ağdamda minaya düşən şəxsdən xəbər var - FOTO

5
Bu gün saat 15 radələrində 1967-ci il təvəllüdlü Hafiz Əzimzadə Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu kəndi ərazisində su quyularının bərpası işləri ilə məşğul olan zaman minaya düşüb.

 

Emin Babayev, Sputnik Azərbaycan

BAKI, 3 mart — Sputnik. Ağdam rayonunun Novruzlu kəndi ərazisində minaya düşən Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadənin durumu haqda həkimi Sputnik Azərbaycan-a məlumat verib.

Bərdə rayon Mərkəzi Xəstəxanasının həkim-travmatoloqu Xalid Məmmədov bildirib ki, az əvvəl Hafiz Əzimzadənin əməliyyatı uğurla başa çatıb: “Bu gün partlayış travması nəticəsində xəstə ağır vəziyyətdə Bərdə rayon Mərkəzi Xəstəxanasına gətirildi. Xəstə sağ aşağı ətrafında, baldırın aşağı üçdə bir hissəsində sümük əzələ sistemi dağılmış vəziyyətdə daxil olub. Yaranın həyat üçün təhlükə yarada biləcəyi nəzərə alınaraq, xəstənin baldırının yuxarı üçdə bir hissəsində amputasiya əməliyyatı aparıldı. Hazırda xəstə üçün reanimasiya tədbirləri davam etdirilir. Vəziyyəti ümumi orta ağır olaraq qalır”. 

© Sputnik / Emin Babayev
Travmatoloq Xalid Məmmədov

Qeyd edək ki, bu gün saat 15 radələrində 1967-ci il təvəllüdlü Hafiz Əzimzadə Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu kəndi ərazisində su quyularının bərpası işləri ilə məşğul olan zaman minaya düşüb.

5
Teqlər:
amputasiya, əməliyyat, mina, vəzifəli şəxs, Ağdam
Tisian Veçellionun əsəri, arxiv şəkli

Tisianın itmiş hesab olunan əsərlərindən biri təsadüf nəticəsində tapılıb

7
Bərpaçı ehtimal edir ki, Tisianın üzünü kətana oğlu və tələbəsi Horasio Veçellio əlavə edib. Kətanı ultrabənövşəyi şüalarla işıqlandıran Mur sənətkarın imzasını da görüb: TITIANVS.

BAKI, 3 mart — Sputnik. İtalyan rəssam, XVI əsr Venesiya rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri Tisian Veçellionun itmiş hesab olunan əsərlərindən biri tapılıb. Rəsmi britaniyalı restavrator və sənətşünas Ronald Mur İngiltərədə əyalət kilsələrinin birində aşkarlayıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, intibah dövrünə aid rəsm Ledburi şəhərində "Müqəddəs Mixail və bütün mələkləri" məbədində təsadüfən diqqətini çəkib. Əsər yüz ildən artıq idi ki, orada heç kim tərəfindən tanınmadan asılı halda qalıbmış.

Ronald Mur Leonardo da Vinçinin "Son Şam yeməyi" freskasının 19-cu əsrə aid nüsxəsini bərpa etmək üçün oraya gedibmiş. O, kilsənin gözdən uzaq küncündə üzəri eyni mövzuda işlənmiş kətan tapıb. Əsərə baxdıqda onun çox-çox əvvəl çəkildiyi aydın olub.

Rəsmdən bir neçə qat solğun lak silindikdən sonra Mur Tisianın "imzasını" - həvarilərdən birinin obrazında sənətkarın öz portretini tapıb. Bərpaçı ehtimal edir ki, Tisianın üzünü kətana oğlu və tələbəsi Horasio Veçellio əlavə edib. Kətanı ultrabənövşəyi şüalarla işıqlandıran Mur sənətkarın imzasını da görüb: TITIANVS.

 

7