Xırdalanda dağılmış mənzilin yaxınlığnda

Xırdalanda partlayış baş verən ərazidə indi vəziyyət necədir - Reportaj

2672
(Yenilənib 13:47 26.01.2021)
Qonşular dəqiq say söyləyə bilməsələr də, partlayış zamanı bu evdə kirayə yaşayanların da dağıntılar altında qaldıqlarını bildirdilər

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 26 yanvar — Sputnik. Saat 12:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş verən ikimərtəbəli fərdi yaşayış evində xilasetmə tədbirləri davam edirdi. Hadisənin üstündən 15 saata yaxın vaxt keçməsinə baxmayaraq, dağıntıların altında qalmış azyaşlını çıxartmaq hələ də mümkün olmamışdı. Sputnik Azərbaycan-a hadisə şahidlərinin verdiyi məlumata görə, dağıntılar altında azyaşlıdan başqa qalanların da olduğu ehtimal edilir. Çünki ikimərtəbəli yaşayış binasında ev sahiblərindən başqa, kirayədə qalanlar da olub. Ərazidə Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam edirdi. Onlar partlayış nəticəsində yaranan dağıntıları ərazidən kənarlaşdırmaqla yanaşı, qazıntı işləri də aparırdılar. Xilasedicilərin sözlərinə görə, partlayışın miqyasının böyük olması xilasetmə tədbirlərini çətinləşdirir. Bu səbəbdən də dağıntılar altında qaldığı ehtimal olunanların xilasedilməsi üçün daha çox vaxt tələb olunur.

© Sputnik / Zulfiyya Guluyeva
Xırdalanda dağılmış mənzilin yaxınlığnda

Ərazidə hadisə zamanı xəsarət almış sakinlərin yaxınları da toplaşmışdı. Dünən dağıntılar altından çıxardılaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmiş Vüsal Musayevin anası isə azyaşlı nəvəsinin xilasedilməsini gözləyirdi. Göz yaşları tökən qadın mətbuata müsahibə vermək durumunda olmadığından onun ətrafına toplaşmış yaxınları ilə həmsöhbət olduq. Onlar bildirdilər ki, Vüsal və 10 yaşlı oğlu Firuddin xilas edilsə də, onun həyat yoldaşı Aytən Musayeva dağıntılar altından ölü tapılıb. Dağıntılar altında Vüsalın azyaşlı qızı Fatimə Musayeva qalıb.

© Sputnik / Zulfiyya Guluyeva
Dağıntılar altında olan Fatimənin nənəsi

Hadisə şahidlərinin bildirdiyinə görə, partlayış baş verməzdən öncə Musayevlər ailəsində qonaqlar olub. Qonaqlar evinə getdikdən az sonra qaz sızmasından partlayış baş verib. Qonşular dəqiq say söyləyə bilməsələr də, partlayış zamanı bu evdə kirayə yaşayanların da dağıntılar altında qaldıqlarını bildirdilər.

© Sputnik / Zulfiyya Guluyeva
Xırdalanda dağılmış mənzilin yaxınlığnda

Qeyd edək ki, partlayış yaxınlıqdakı binalarda yaşayan sakinlərin də mənzillərinə çox ciddi zərər vurub. Belə ki, partlayışın baş verdiyi ikimərtəbəli binanın yanındakı 5 mərtəbəli binanın mənzillərinin, bloklarının pəncərələri də zərbədən sınaraq yerə tökülüb. Həmin binada yaşayan sakin Baxşəliyeva Məxmər Məhərrəm qızı bildirdi ki, hadisə baş verən an birotaqlı mənzilinin mətbəxində yemək yeyirmiş: “Hadisə anidən baş verdi. Mən yeməyi qızdırıb yenicə qarşıma qoymuşdum ki, partlayış baş verdi. Pəncərənin şüşələri qırılıb stola töküldü. Pəncərənin qarşısındakı dibçəklər aşdı. Bir anlıq nə baş verdiyini bilmədim. Sonra gördüm həyətdəki ikimərtəbəli bina partlayışdan uçub”.

© Sputnik / Zulfiyya Guluyeva
Xırdalanda dağılmış mənzilin yaxınlığnda

78 yaşlı M.Baxşəliyeva gecəni qonşuların qohumlarından birinin evində keçirdiyini söylədi. Onun sözlərinə görə, mənzilləri yararsız vəziyyətdə olduğundan, həmçinin binaya verilən işıq, qaz xətti kəsildiyindən evinə girə bilmir.

© Sputnik / Zulfiyya Guluyeva
Xırdalanda dağılmış mənzilin yaxınlığnda

Partlayış baş verən binanın yaxınlığında yaşayan sakinlər hadisənin qaz sızmasından baş verdiyini, aidiyyəti qurumların işə səhlənkar yanaşmasından da şikayətləndilər.

© Sputnik / Zulfiyya Guluyeva
Xırdalanda dağılmış mənzilin yaxınlığnda

Sakin Ağayev Baxşəli Qurbanəli oğlu deyir ki, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları mənzillərdə qaz xətlərini yoxlamalı olsalar da, gəlib qapıdan bildiriş verərək gedirlər: “Partlayış baş verən binada 7 ailə yaşayırdı. Binaya hərə özü istədiyi kimi qaz xətti çəkmişdi. Bizim şikayətimiz odur ki, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları vəzifələrini düzgün icra etmirlər. Onlar bu binaya daxil olub vaxtında qaz xətlərini yoxlasaydılar, sızma yerini aşkarlayardılar”.

© Sputnik / Zulfiyya Guluyeva
Ağayev Baxşəli

Rövşən Hacıyev adlı hadisə şahidi isə bildirir ki, partlayış baş verdikdə evə yeni gəlibmiş: “Partlayış olan ikimərtəbəli fərdi yaşayış evi 5 mərtəbəli binanın həyətində inşa edilib. Aidiyyəti qurumların günahı ondadır ki, fərdi yaşayış evinin binaya birləşdirilməsinə göz yumublar. Hadisə baş verən kimi bizim binanın pəncərələri qırılıb mənzilin içinə töküldü. Daha sonra partlayış baş verən yerə Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri və təcili yardım cəlb olundu”.

  • Xırdalanda dağılmış mənzilin yaxınlığnda
    © Sputnik / Zulfiyya Guluyeva
  • Xırdalanda dağılmış mənzilin yaxınlığnda
    © Sputnik / Zulfiyya Guluyeva
  • Xırdalanda dağılmış mənzilin yaxınlığnda
    © Sputnik / Zulfiyya Guluyeva
  • Xırdalanda dağılmış mənzilin yaxınlığnda
    © Sputnik / Zulfiyya Guluyeva
  • Xırdalanda dağılmış mənzilin yaxınlığnda
    © Sputnik / Zulfiyya Guluyeva
  • Xırdalanda dağılmış mənzilin yaxınlığnda
    © Sputnik / Zulfiyya Guluyeva
  • Xırdalanda dağılmış mənzilin yaxınlığnda
    © Sputnik / Zulfiyya Guluyeva
  • Xırdalanda dağılmış mənzilin yaxınlığnda
    © Sputnik / Zulfiyya Guluyeva
  • Xırdalanda dağılmış mənzilin yaxınlığnda
    © Sputnik / Zulfiyya Guluyeva
  • Məxmər Baxşəliyeva
    © Sputnik / Zulfiyya Guluyeva
  • Rövşən Hacıyev
    © Sputnik / Zulfiyya Guluyeva
1 / 11
© Sputnik / Zulfiyya Guluyeva
Xırdalanda dağılmış mənzilin yaxınlığnda

Hadisənin baş verdiyi yerə gələn FHN-nın sektor müdiri Ehtiram Xəlilov jurnalistlərə açıqlamasında bildirdi ki, Xırdalanda partlayış baş verən evin dağıntıları altında qalanların olduğu ehtimalı var. Onun sözlərinə görə, hadisə yerinə 228 nəfər xüsusi tipli xilasetmə xidmətinin şəxsi heyəti, 19 texnika, 4 xüsusi təlim görmüş it cəlb olunub. Dövlət Yanğından Mühafizə Xidmətinin isə 20 nəfər şəxsi heyəti dağıntı baş verən ərazidə xidmətini davam etdirir”.

2672
Xocalıdan olan qızcığaz

Tariximizin qara günü - Xocalı soyqırımından 29 il ötür

12
Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkəsində qeyd olunur. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdiklərini əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir

BAKI, 26 fevral - Sputnik. Azərbaycanın Xocalı şəhərində ermənilərin dinc sakinlərə qarşı törətdikləri soyqırımının 29-cu ili tamam olur.

Sputnik Azərbaycan-ın məlumatına görə, erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə hücuma keçiblər.

Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkəsində qeyd olunur. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdiklərini əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.

2008-cu ilin mayından İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya Ədalət" kampaniyası keçirilir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.

12
Teqlər:
erməni terroru, Qarabağ, Azərbaycan, Xocalı soyqırımı
Xocalı qurbanlarının anım mərasimi, arxiv şəkli

"Xocalı fəryadı" ingiliscə səsləndi - VİDEO

12
Bu gündən etibarən "Xocalı fəryadı" ədəbi-bədii musiqili kompozisiyanın Heydər Əliyev Sarayının sosial media hesablarında (facebook, instagram, telegram, youtube) yerləşdirilməsi və televiziya kanallarında yayımlanması nəzərdə tutulub.

BAKI, 25 fevral — Sputnik. Heydər Əliyev Sarayı Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan və ermənilərin törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün miqyası və dəhşətləri ilə geniş ictimaiyyətə çatdırmaq məqsədi daşıyan "Xocalı fəryadı" adlı ədəbi-bədii musiqili kompozisiyası hazırlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, Xocalı soyqırımı gerçəklərinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyi nəzərə alınaraq layihə ingilis dilində (azərbaycan dilində subtitrlə müşayiətlə) ərsəyə gətirilib.

"Xocalı fəryadı" layihəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı, Xalq artisti Murad Hüseynov (piano), Coşqun Qadaşov (piano), Hüseyn Nağıyev (kamança), Pərviz Əlikramoğlu (balaban), Orxan Hüseynov (violonçel), Sevinc Əliyeva (rəssam-ebru sənəti), Həsən Ələkbərov (Xocalı sakini), Əminə Şahmuradova (uşaq aktyor) və Aytac Bağırlı (hekayəçi) iştirak ediblər.

Bu gündən etibarən "Xocalı fəryadı" ədəbi-bədii musiqili kompozisiyanın Heydər Əliyev Sarayının sosial media hesablarında (facebook, instagram, telegram, youtube) yerləşdirilməsi və televiziya kanallarında yayımlanması nəzərdə tutulub.

12
Teqlər:
video, Xocalı soyqırımı