CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xırdalanda baş verən partlayış nəticəsində ölən və yaralananlar var - VİDEO

© Sputnik / Murad OrujovСотрудники МЧС Азербайджана на тушении пожара в ТЦ "Диглас"
Сотрудники МЧС Азербайджана на тушении пожара в ТЦ Диглас - Sputnik Azərbaycan
Abunə olmaq
TƏBİB-in mətbuat katibi Elnarə Baxış bildirib ki, dağıntılar arasında qalanların çıxardılması prosesi davam edir.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 25 yanvar — Sputnik. Dağıntılar arasından xilasetmə işləri davam edir. Abşeron rayonunun Xırdalan şəhərində evdə baş verən partlayış zamanı xəsarət alanların sayı dəqiqləşdirilir.

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında TƏBİB-in mətbuat katibi Elnarə Baxış məlumat verib. O, bildirib ki, dağıntılar arasında qalanların çıxardılması prosesi davam edir:

"Dağıntılar altında qalanların sayı dəqiqləşdirildikdən sonra mətbuata bu barədə dəqiq məlumat veriləcək".

Hadisə şahidlərinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə hadisə zamanı 6 nəfər xəsarət alıb, bir nəfər həyatını itirib. Hələ dağıntılar altından xilasetmə tədbirləri davam etdirilir.

Qeyd edək ki, 25 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə uçqunla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal əraziyə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib.

Partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb. FHN-in əməkdaşları tərəfindən operativ axtarış-xilasetmə əməliyyatı davam edir.

Xəbər lenti
0