BAKI, 25 yanvar — Sputnik. Rusiya Xarici işlər nazirinin müavini Sergey Ryabkov Birləşmiş Ştatların Rusiyadakı səfiri Con Sallivanla səfirliyin sosial şəbəkədə paylaşdığı postlarla bağlı görüşüb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
"Xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ səfiri Con Sallivanla söhbət edib, ABŞ tərəfinə ABŞ-ın Rusiyadakı səfirliyinin sosial şəbəkələrdə və internet resurslarda Rusiyanın bir sıra şəhərlərində qanunsuz aksiyalara dəstək postlarının yayılması ilə bağlı qəti etiraz bildirilib. ABŞ səfirinin diqqətinə çatdırılıb ki, Rusiya tərəfi bu materialları, həmçinin ABŞ Dövlət Departamentinin bəyanatını bizim ölkəmizin daxili işlərinə birbaşa müdaxilə kimi dəyərləndirir", - deyə Zaxarova qeyd edib.
BAKI, 7 mart - Sputnik. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər sakini İ.Vəliyevin qonşusuna məxsus yaşayış evində oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları həmin məclisdə iştirak edənlərə bir daha xüsusi karantin rejiminin qaydalarını izah ediblər.
Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.
BAKI, 7 mart — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Instagram" səhifəsində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib.
Посмотреть эту публикацию в Instagram
Sputnik Azərbaycan-ın məlumatına görə, o, üzərində "bayramınız mübarək, 8 Mart Beynəlxalq Qadınlar günü" sözləri yazılmış sadə dizaynlı açıqcanı da paylaşımına əlavə edib.