BAKI, 25 yanvar - Sputnik. Bu gündən ölkədə şəhərlərarası və rayonlararası hərəkət bərpa olunub.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb.
Qərara əsasən, 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində şəhərlərarası və rayonlararası hərəkət bərpa olunub.
Bununla belə, xüsusi karantin rejiminin müddətində - 2021-ci il aprelin 1-dək şəhərlər və rayonlararası sərnişindaşımanın dayandırılması qərarı qüvvədə qalır.
Bu gündən ticarət obyektlərinin fəaliyyətinə icazə verilib. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində ticarət obyektlərinin fəaliyyətinə (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyəti istisna olmaqla) icazə verilir.
Bu gündən bərbərxana və gözəllik salonları da açılacaq.
BAKI, 7 mart - Sputnik. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər sakini İ.Vəliyevin qonşusuna məxsus yaşayış evində oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları həmin məclisdə iştirak edənlərə bir daha xüsusi karantin rejiminin qaydalarını izah ediblər.
Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.
BAKI, 7 mart — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Instagram" səhifəsində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib.
Посмотреть эту публикацию в Instagram
Sputnik Azərbaycan-ın məlumatına görə, o, üzərində "bayramınız mübarək, 8 Mart Beynəlxalq Qadınlar günü" sözləri yazılmış sadə dizaynlı açıqcanı da paylaşımına əlavə edib.