Сосульки на дереве

Sabahın havası: duman, külək, şaxta buz

15
(Yenilənib 12:01 24.01.2021)
Yanvarın 25-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacaq.

BAKI, 24 yanvar - Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, yanvarın 25-də səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 1- 4 dərəcə isti, gündüz 7-9, Bakıda gecə 1-3 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq.

Yanvarın 25-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacaq. Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

15
Teqlər:
hava proqnozu, hava haqqında, Bakıda hava, yağışlı hava, hava
Uşaq bağçası

İyirmi dörd nəfərin valideyn olmaq arzusu baş tutmadı

0
Aprel ayı ərzində övladlığa verilən uşaqların sayı 11 nəfər təşkil edib. Onlardan 6-sı oğlan, 5-i qızdır.

BAKI, 16 may — Sputnik. Ötən ay ərzində vətəndaşlar tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az portalı vasitəsilə övladlığagötürmə ilə bağlı 35 müraciət daxil olub. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, onlardan 22-si qohumlar arası övladlığagötürmə, 4-ü ögey ata/ana tərəfindən övladlığagötürmə, 2-si valideynlərarası qarşılıqlı razılıq əsasında övladlığagötürmə, 7-si isə müəssisədən övladlığagötürmə üzrədir. Aprel ayı ərzində övladlığa verilən uşaqların sayı isə 11 nəfər təşkil edib. Onlardan 6-sı oğlan, 5-i qızdır.

0
Teqlər:
qız, oğlan, Övladlığa götürmə

İsraillilər dua edərkən tribuna çökdü - VİDEO

0
(Yenilənib 23:05 16.05.2021)
İsrailin Givat-Zeev yaşayış məntəqəsində sinaqoqun tribunası çöküb, xeyli adam yaralanıb. Hadisə yerindən video sosial şəbəkələrdə yayılıb.

KİV-in məlumatına görə, hadisə zamanı yaralananların sayı artıq 160 nəfəri ötüb. İki nəfərin həlak olduğu deyilir. Daha altı nəfərin vəziyyəti ağırdır. 

Hüquq mühafizə orqanları dini ayin keçirilən zaman bütün təhlükəsizlik qaydalarına riayət olunub-olunmamasını araşdırır.

0
Teqlər:
yaralılar, çökmə, tribuna, sinaqoq, İsrail