Şuşada DOST mərkəzi açılacaq

© Official website of President of Azerbaijan RepublicЦентр DOST номер 3
Центр DOST номер 3 - Sputnik Azərbaycan
Abunə olmaq
Seymur Alıyev əlavə edib ki, növbəti illərdə şəbəkənin ölkə ərazisində genişləndirilməsi də davam edəcək.

BAKI, 22 yanvar — Sputnik. 2021-ci ildə DOST Agentliyinin qarşısında duran məqsədlər yeni mərkəzlərin açılışıdır.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev deyib. Onun sözlərinə görə, bu il Bakıda və Abşeronda DOST mərkəzlərinin açılışı nəzərdə tutulub: "Bakı şəhərində 4 saylı DOST mərkəzinin, eyni zamanda Xırdalan şəhərinin ərazisində Abşeron DOST mərkəzinin açılması nəzərdə tutulur. O cümlədən cari ildə xidmətlərin proaktiv edilməsi də nəzərdə tutulur. Artıq bir neçə xidmət proaktiv edilib və bu barədə ictimaiyyətə məlumat verilib".

S.Alıyev əlavə edib ki, növbəti illərdə şəbəkənin ölkə ərazisində genişləndirilməsi də davam edəcək. Həmçinin agentliyin Şuşa şəhərində DOST mərkəzinin açılışı nəzərdə tutulur.

Xəbər lenti
0