BAKI, 21 yanvar — Sputnik. Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Kəndyeri kəndindən videogörüntülər hazırlayıb.
Kəndyeri 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kəlbəcər rayonu və onun kəndləri 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 25-də erməni işğalından azad olunub.
Sputnik Azərbaycan Kəlbəcərin cənnət guşələrindən biri olan Kəndyerinin yeni görüntülərini təqdim edir:
BAKI, 3 mart - Sputnik. Azərbaycan ərazisində 6 mart saat 00:00-dan 9 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.
Sputnik Azərbaycan bildirir ki, Nazirlər Kabineti bununla bağlı “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında müvafiq dəyişiklik edib.
Bundan öncə “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərara əsasən, Azərbaycan ərazisində 6 mart saat 00:00-dan 8 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılmalı idi.
Qeyd edək ki, 8 Mart Beynəlxalq Qadınlar Günü qeyri-iş günüdür.
BAKI, 3 mart — Sputnik. İlkin məlumata görə, Dövlət Gömrük Komitəsi cari ilin yanvar-fevral ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 115,09 % əməl edib.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev özünün "Twitter" hesabında yazıb.
O qeyd edib ki, nəzərdə tutulan proqnozdan əlavə 77,74 mln. manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub.