Yol polisi, arxiv şəkli

Postlardan keçmək istəyən 2315 nəfər saxlanılıb

12
(Yenilənib 16:57 21.01.2021)
Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir.

BAKI, 21 yanvar — Sputnik. Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonun giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi vətəndaşlar tərəfindən 2021-ci il yanvarın 20-də də karantin rejimi qaydalarının və tələblərinin pozulması halları aşkarlanıb.

Nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 2315 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb. Eləcə də qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 3 nəfər barəsində həbs, 1296 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub.

Ev şəraitində müalicə təyin edilən 2 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunaraq evə qaytarılıb və barələrində cinayət işi başlanılıb.

Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir.

12
13 saylı cəzaçəkmə müəssisəsində prezidentin əfv fərmanının icrası, arxiv şəkli

Əfv Komissiyasında yenilik

2
(Yenilənib 13:02 27.02.2021)
"Əfv Komissiyasında Ombudsman da iştirak edir. Hesab edirəm ki, bu da çox mühüm yenilikdir" - Əliməmməd Nuriyev

 

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 27 fevral — Sputnik. Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək. İclasda əfvlə bağlı müraciətlərə baxılacaq. Əfv Komissiyasının üzvü, hüquqşünas Əliməmməd Nuriyev Sputnik Azərbaycan-a açıqlamasında Komissiyanın iclaslarına start verildiyini, hazırda iclasa getdiyini bildirib.

Ə.Nuriyev söyləyib ki, Əfv Komissiyasına xeyli sayda müraciətlər var. Onun sözlərinə görə, artıq komissiyanın üçüncü iclası olub: "İclasda müzakirələr üçün hərtərəfli şərait yaradılıb. Bu gün Əfv Komissiyasında dövlət orqanlarının rəhbərlərinin, parlament üzvlərinin, vətəndaş cəmiyyətinin nümayəndələri ilə yanaşı, Ombudsman da iştirak edir. Hesab edirəm ki, bu da çox mühüm yenilikdir. Onun Əfv Komissiyasında təmsil olunması, iştirakı çox vacibdir. Cəmiyyətin bütün təbəqələrinin maraqlarını ifadə edəcək şəxslər burada təmsil olunurlar".

Ə.Nuriyev bildirib ki, indiyədək komissiyanın keçirdiyi 3 iclasda daxil olan müraciətlərin 300-dən çoxuna baxılıb. O, bütün müraciətlərə xüsusi həssaslıqla baxıldığını qeyd edib. Bildirib ki, hər bir müraciət çox diqqətlə araşdırılır: "Komissiyanın əsasnaməsinə uyğun olaraq müzakirələr aparılır və qiymətləndirmə həyata keçirilir. Əsasnaməyə görə, müraciətə baxılarkən kriteriyalar nəzərə alınmalıdır. Edilən cinayətin təhlükəsi və ağırlıq dərəcəsinə diqqət yetirilir. Cinayətə yol vermiş şəxsin şəxsiyyəti də nəzərə alınır.

Əfv üçün müraciət etmiş şəxslərin səhhəti, yaşı, ailə vəziyyəti, öz əməlindən peşmançılıq çəkməsi, məhbus olduğu müddətdə özünü necə aparması, ziyan varsa, bu ziyanı nə dərəcədə ödəməsi, həmçinin cəzanın nə qədər müddətinin qalması kimi hallar diqqətdə saxlanılır. Dövlətin və cəmiyyətin maraqları, həmin şəxsin azad edilməsinin dövlət və cəmiyyətin maraqlarına nə dərəcədə təsiri də mühüm amillərdən sayılır. Yekunda bunlar nəzərə alınıb qərar qəbul olunur".

Ə.Nuriyev yekun qərarın ölkə prezidenti tərəfindən verildiyini söyləyir. Onun sözlərinə görə, prezident əfv etmək qərarını verə bilər: "Güman edirəm ki, Əfv Komissiyası Novruz bayramına qədər bu işlərinin öhdəsindən uğurla gələcək. Qeyd edim ki, cənab prezidentin dövründə 35 əfv sərəncamı imzalanıb. Bu sərəncamlarla beş mindən artıq şəxs azad olunub. Bu böyük humanizmin nümunəsidir. Biz ölkə prezidentinin fəaliyyətində hər zaman bu humanizm prinsipinin şahidi oluruq".

2
Teqlər:
ombudsman, yenilik, Əfv Məsələləri Komissiyası, əfv

Dünyanın məşhur şəlalərindən biri kəskin şaxtaların qurbanı oldu - VIDEO

4
(Yenilənib 13:21 27.02.2021)
Havaların kəskin soyuqlaşması bütün dünyada maraqlı hadisələrə səbəb olub. Hətta ABŞ və Kanada sərhədindəki Niaqara şəlaləsi də donub

Havaların kəskin soyuqlaşması bütün dünyada maraqlı hadisələrə səbəb olub. Belə ki, ABŞ və Kanada sərhədində yerləşən Niaqara şəlaləsi də donub.

Donmuş şəlalə mənzərəsi görmək istəyən turistlərin sayı bu səbəbdən xeyli artıb.

4