Qazın təzyiqi harada aşağıdır? Rəsmi açıqlama

© Sputnik / Murad OrujovГазовая конфорка, фото из архива
Газовая конфорка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Abşeron rayonunun Qobu qəsəbəsindən mavi yanacağın təzyiqi ilə bağlı müraciətlər olub. Bu müraciətlər qeydə alınaraq qazın rejimlərə uyğun tənzimlənməsi təmin edilib.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 20 yanvar — Sputnik. "Azərbaycanda mövcud hava şəraiti ilə bağlı mavi qazın verilişində ciddi problem yaranmayıb. Bəzi ərazilərdən qazın rejimlərə uyğun tənzimlənməsi üçün müraciətlər olur".

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfər söyləyib. O bildirib ki, Abşeron rayonunun Qobu qəsəbəsindən mavi yanacağın təzyiqi ilə bağlı müraciətlər olub. Bu müraciətlər qeydə alınaraq qazın rejimlərə uyğun tənzimlənməsi təmin edilib.

C.Səfər Zaqatalanın Aşağı Tala kəndində də qazın verilişinin bərpa olunduğunu bildirib. Onun sözlərinə görə, rayonun Aşağı Tala kəndi ərazisində 70 abonenti qazla təmin edən 76 mm-lik qaz xəttini ildırım vurması nəticəsində yanğın baş verib. Hadisə yerinə cəlb edilən müvafiq qurumlar tərəfindən yanğının qarşısı alınıb. Həmin vaxt abonentlərə təbii qazın verilməsi müvəqqəti dayandırılsa da, aparılan təmir nəticəsində elektrik enerjisinin verilməsi qısa müddətdə bərpa edilib.

Xəbər lenti
0