Mingəçevirdə 20 yanvar faciəsinin 31-ci il dönümü qeyd edilib

Mingəçevir bu il şəhidləri başqa ruhda ziyarət edib

52
(Yenilənib 17:05 20.01.2021)
Mingəçevir sakini: "Həmişə "inşallah biz şəhidlərin qanı yerdə qalmaz" kəlməsini işlətmişik. Bu il nəhayət ki, Ali Baş komandan İlham Əliyevin sayəsində biz zəfəri yaşadıq"..

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 20 yanvar — Sputnik. Mingəçevirdə də 20 yanvar şəhidləri anılıb. Şəhər rəhbərliyi, şəhid ailələri, qazilər, Şəhidlər xiyabanına gələrək abidə önünə tər qərənfillər düzüblər. Kiçik yaşlı sakinlər şeirlər səsləndirib, rəsmlər nümayiş etdiriblər.

Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində Mingəçevir sakini Ceyhun Atayev deyib ki, ötən illərdən fərqli olaraq, xiyabana gələn insanlar daha qürurlu, daha əzimkar görünürdülər. Çünki qalib ölkənin vətəndaşı olaraq, vətən uğrunda canından keçən şəhidlərini ziyarət edirdilər. Artıq onların qanı yerdə qalmayıb, düşmən tapdağında olan torpaqlarımız azaddır:

© Sputnik / Rahim Mammadov
Mingəçevir sakini Ceyhun Atayev

"Bu gün artıq 31 ildir ki, Azərbaycan özünün ən şanlı tarixlərindən biri olan 20 yanvar günlərini qeyd edir. Hər il eyni izdihamla biz bu günləri qeyd edirik. Həmişə "inşallah biz şəhidlərin qanı yerdə qalmaz" kəlməsini işlətmişik. Bu il nəhayət ki, Ali Baş komandan İlham Əliyevin sayəsində biz zəfəri yaşadıq. Bu gün biz tam əminliklə, qürurla deyə bilərik ki, şəhidlərimizin qanı yerdə qalmayib. Biz artıq zəfər çalmışıq, tarixi torpaqlarımıza qovuşmuşuq".

© Sputnik / Rahim Mammadov
Mingəçevirdə 20 yanvar faciəsinin 31-ci il dönümü qeyd edilib

Mingəçevir sakinləri Ali Baş komandan İlham Əliyevin və müzəffər Azərbaycan ordusunun sayəsində əldə olunmuş zəfərə görə bu gün şəhid məzarlarını alnı-açıq, üzü ağ ziyarət etdiklərini deyirlər.

Qeyd edək ki, ziyarətçilər arasında şəhər rəhbərliyi ilə yanaşı, millət vəkilləri Aydın Mirzəzadə və Əli Hüseynli də olub.

52
Türkiyənin Cobra zirehli maşını, arxiv şəkli

Türkiyə minaya davamlı yeni zirehli maşınını göstərdi - VİDEO

12
Cobra zirehli maşınlarının əvvəlki versiyaları 15 ölkədə, o cümlədən Azərbaycanda, Gürcüstanda və Qazaxıstanda istifadə olunur. 

BAKI, 3 mart - Sputnik. Türkiyənin Otokar şirkəti Cobra sinfindən olan, mina əleyhinə müdafiə ilə təmin olunmuş təkərli zirehli Cobra II MRAP avtomobilini nümayiş etdirib. 

Sputnk Azərbaycan Anadolu agentliyinə istinadən bildirir ki, Cobra II MRAP ekipajı ballistik, mina və əldəqayırma partlayıcı təhlükəsindən qoruyur. 

​Zirehli maşının xüsusi konstruksiyası, təmir və xidmətin asanlığı hətta döyüş şəraitində belə onu tam və sürətli yığıb-sökməyə imkan verir. 

Zirehli maşında 11 sərnişin yerləşir, tələbə görə, üç və ya beş qapılı ola bilər.

Cobra zirehli maşınlarının əvvəlki versiyaları 15 ölkədə, o cümlədən Azərbaycanda, Gürcüstanda və Qazaxıstanda istifadə olunur. 

12

Azərbaycanlı müğənnini Rusiyanın ən çox qazanan blogeri ilə "sevgili" etdilər

24
Bu qızın sevgilisi, demək olar ki, hər gün ona iri çiçək dəstələri göndərir, o isə bunları sosial şəbəkələrdə paylaşır. Amma oğlanın adını heç kim bilmir.

BAKI, 3 mart - Sputnik. Rusiya KİV-i Azərbaycan əsilli populyar müğənni Jony-nin (Cahid Hüseynli) məşhur videobloger Dina Sayeva ilə sevgili olduğunu yazır. Sayeva ən çox pul qazanan Tik-Tok vlogerlərindəndir. 

Bu qızın sevgilisi, demək olar ki, hər gün ona iri çiçək dəstələri göndərir, o isə bunları sosial şəbəkələrdə paylaşır. Bu günlərdə göndərilən buket, az qala, kol boyda imiş.

Sayeva sevgilisinin adını gizləyir. Ancaq Rusiya KİV-ləri yazır ki, onun sevgilisi Jony-dir. Yeri gəlmişkən, Cahid də bu şayiələri təsdiqləməyə tələsmir.

Dina Sayeva Tacikistandandır. TikTok-un rusdilli seqmentinin ən populyar hesabının sahibidir. 2020-ci ildə Rusiya Forbes-u onu ən çox qazanan tiktokerlərin siyahısında ikinci sırada göstərmişdi.

2020-ci ilin sonunda Sayeva musiqi karyerasına başladı. Debüt mahnısı isə "Səni axtarıram" ("Я ищу тебя") oldu.

Jony dörd yaşı olanda valideynləri ilə Azərbaycandan Moskvaya köçüb. Uşaq vaxtından populyar olmaq istəyib və nəhayət, arzusunu gerçəkləşdirib. Öz dediyinə görə, populyarlaşmasında sosial şəbəkələr böyük rol oynayıb. Bakıda ilk dəfə "Jara-2019" musiqi festivalında çıxış edib. 

Müğənni azərbaycanlı ifaçı Elman Zeynalovun təsis etdiyi Raava Music musiqi leyblının artistləri sırasındadır. 2019-cu ildə ВКонтакте-nin versiyasına görə, ilin "Ən qabaqcıl" müğənnisi adını alıb. Onun "Xiyaban" ("Аллея") sinqlı isə 5 qat platin statusu alıb. 

 

24