BAKI, 20 yanvar — Sputnik. "Prezident Rəcəb Tayyib Ərdoğanın sərəncamına qədər fəaliyyətimi davam etdirəcəyəm". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.
O qeyd edib ki, Azərbaycana yeni səfir təyinatı bəlli olsa da, sərəncam hələ imzalanmayıb: "Təyinat təsdiqlənənə qədər vəzifəmi yerinə yetirəcəyəm".
Səfir, həmçinin qeyd edib ki, Azərbaycanın torpaqları işğaldan azad edildikdən sonra Türkiyədən Azərbaycana bir çox qurum və təşkilat tərəfindən dəstək təklifləri gəlir.
Özoral bildirib ki, Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalının Şuşada Üzeyir Hacıbəyli adına öz hesablarına məktəb inşası ilə bağlı təklifi də bu qəbildəndir: "Azərbaycan Prezidenti İlham Əliyev uyğun gördüyü təqdirdə hörmətli Bağçalının istəyi də hər halda həyata keçiriləcək. Türkiyədə çox sayda təşkilat və qurumlarımız hər cür dəstək göstərmək üçün hazırdırlar".
BAKI, 7 mart - Sputnik. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində keçirilən növbəti tədbirlər zamanı şəhər sakini İ.Vəliyevin qonşusuna məxsus yaşayış evində oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadla xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşları həmin məclisdə iştirak edənlərə bir daha xüsusi karantin rejiminin qaydalarını izah ediblər.
Toyda iştirak edən 13 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, qanunamüvafiq tədbirlər görülüb.
BAKI, 7 mart — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Instagram" səhifəsində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib.
Посмотреть эту публикацию в Instagram
Sputnik Azərbaycan-ın məlumatına görə, o, üzərində "bayramınız mübarək, 8 Mart Beynəlxalq Qadınlar günü" sözləri yazılmış sadə dizaynlı açıqcanı da paylaşımına əlavə edib.