Qarlı hava, arxiv şəkli

Qaxda yağan qarın qalınlığı yarım metrə çatıb

33
(Yenilənib 12:25 20.01.2021)
Havanın temperaturu iqlim normasından 5.5 dərəcə aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək isti, aran rayonlarında 0-3 dərəcə isti, dağlıq rayonlarda 7-12 dərəcə şaxta, Naxçıvan MR-da 2-9 dərəcə şaxta olub.

BAKI, 20 yanvar — Sputnik. Milli Hidrometeorologiya Xidmətinin yanvarın 20-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti yağıntılı olub, bəzi yerlərdə qar yağıb.

Qurumdan Sputnik Azərbaycan-a verilən məlumata görə, qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 43, İsmayıllıda 23, Daşkəsəndə 22, Kişçayda (Şəki) 20, Gədəbəydə 18, Xınalıq, Şərurda 17, Altıağacda 16, Göygöl, Qəbələ, Ağdərədə 15, Xaltanda 12, Sədərəkdə 10, Qrız, Naxçıvanda 8, Yardımlıda 7, Salyan, Şahbuzda 6, Biləsuvarda 4, Mərəzədə 3, Oğuz, Şəki, Şahdağ, Qusarda 2, Göytəpə, Qubada 1 sm olub.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında: Bakıda 9, Maştağada 6, Pirallahıda 3, Çilov adası, Sumqayıtda 2, Neft Daşlarında 1; Lənkəran-Astara zonasında: Lənkəranda 18, Biləsuvarda 14, Astarada 11, Lerikdə 7, Neftçala, Yardımlıda 6;

Naxçıvan MR-da: Şərurda 16, Ağdərədə (Ordubad) 12, Şahbuzda 6, Naxçıvan, Ordubadda 4, Sədərəkdə 3; Kiçik Qafqaz zonasında: Daşkəsəndə 18, Gədəbəydə 14, Göygöldə 11;

Böyük Qafqaz zonasında: Qəbələdə 15, Sarıbaşda (Qax) 9, Altıağacda 7, Kişçayda (Şəki) 6, Mərəzə, Xaltanda 5, Oğuzda 4, İsmayıllıda 3, Şəki, Quba, Şahdağ, Qrızda 2, Şabran, Nabran, Zaqatala, Şamaxı, Xaçmaz, Qusarda 1; Mərkəzi-Aran zonasında: Salyan, Göyçayda 12, Cəfərxan, Beyləqanda 8, İmişli, Qazıməmməddə 7, Sabirabad, Kürdəmirdə 6, Zərdab, Tərtərdə 3, Mingəçevir, Yevlaxda 1; Qazax-Gəncə zonasında: Naftalan, Gəncə, Ağdamda 2, Şəmkir, Ağstafada 1 mm olub.

Sumqayıt, Naxçıvan, Daşkəsən, Naftalan, Şəmkir, Qəbələ, Şamaxı, Mərəzə, Quba, Qusar, Qrız, Lerik, Göyçay, Sarıbaş (Qax), Kişçayda (Şəki) duman müşahidə olunub.

Qərb küləyi arabir Neftçalada 25 m/s, Naftalanda 24 m/s, Tərtərdə 23 m/s, Gəncədə 20 m/s, Yardımlı, Culfa, Salyanda 16 m/s olub. Bakıda və Abşeron yarımadasında: Pirallahıda 16 m/s, Sumqayıt, Qum adası, Neft Daşlarında 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.7 metrə çatıb.

Havanın temperaturu iqlim normasından 5.5 dərəcə aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək isti, aran rayonlarında 0-3 dərəcə isti, dağlıq rayonlarda 7-12 dərəcə şaxta, Naxçıvan MR-da 2-9 dərəcə şaxta olub.

33
Teqlər:
Naxçıvan, Qax rayonu, Qaxda qar, Qax
Bakı məktəblərində əyani tədris prosesinin başlanması, 1 fevral 2021-ci il

Daha bir məktəb 1 həftəlik distant təhsilə keçdi

3
(Yenilənib 11:37 03.03.2021)
Bakı şəhəri Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında məktəbdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb.

BAKI, 3 mart — Sputnik. Paytaxtdakı 106 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Bakı şəhər Təhsil İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən 106 nömrəli tam orta məktəbdə 2 nəfər laborant, 1 nəfər uşaq birliyi təşkilatı rəhbəri və 1 nəfər direktor müavininin COVİD-19 testi pozitiv çıxıb. Bu səbəbdən Bakı şəhəri Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında məktəbdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb. Bununla əlaqədar məktəbin fəaliyyəti 7 günlük müddətinə təxirə salınıb və dərslərin distant formada tədris olunması qərara alınıb.

Qeyd edək ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır. BŞTİ rəhbərliyi və İdarənin əməkdaşları da gündəlik məktəblərə gedir, tədrisin təşkili vəziyyəti ilə yerində tanış olurlar. Bütün bunlar şagird və valideynlərdə əminlik hissini artırır, ənənəvi tədrisə və müəllimlə canlı ünsiyyətə əsaslanan əyani dərs prosesinə maraq göstərənlərin faiz artımına təkan verir. İnanırıq ki, ümumi təhsil müəssisələrində ənənəvi tədrisin təşkili istiqamətində nəzərdə tutulan mərhələli tədbirlər cəmiyyətin birgə səyi ilə bundan sonra da uğurla reallaşdırılacaq.

3
Bakı metrosu, arxiv şəkli

Bakı metropoliteni barədə yeni xəbər var

5
Mühüm məsələlərdən biri kimi, maşinist heyətinin və digər aidiyyəti işçi personalının peşə vərdişlərinin yoxlanılaraq dövrü qiymətləndirilməsi də təmin olunacaq.

 

BAKI, 3 mart — Sputnik. Metropolitenin bütün infrastrukturu yoxlanılacaq. Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

COVID-19 virusu ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi qərara müvafiq olaraq sərnişindaşıma fəaliyyətində yaranmış fasilə nəzərə alınmaqla, Bakı metropoliteninin bütün infrastrukturu normal iş rejimi şəraitində yoxlanılacaq.

Mart ayının 6-7-də həyata keçiriləcək tədbirlər çərçivəsində bütün metropoliten xətlərində qatarlar müəyyən edilmiş qrafikə uyğun qaydada hərəkət edəcək. Eyni zamanda hərəkətin təşkili, idarə olunması və nizamlanması, elektrik təchizatı, habelə digər mühəndis-texniki qurğu, avadanlıq və sistemlər adi iş rejimi vəziyyətinə gətiriləcək.

Tədbirin həyata keçirilməsində məqsəd optimal iş rejimi şəraitində metropolitenin infrastrukturunu, o cümlədən qeyd edilən sistem və qurğuların fəaliyyətini texniki-normativ tələblərə uyğun yoxlamaqla qiymətləndirməkdir.

Mühüm məsələlərdən biri kimi, maşinist heyətinin və digər aidiyyəti işçi personalının peşə vərdişlərinin yoxlanılaraq dövrü qiymətləndirilməsi də təmin olunacaq.

Bu tədbirlər Bakı metropolitenində sərnişindaşıma fəaliyyətinin daim hazır vəziyyətdə saxlanılmasına xidmət edir. Məlumat üçün onu da bildiririk ki, "COVID-19" koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi müddət ərzində Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti yalnız Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar əsasında tənzimlənir.

5