Oqtay Şirəliyevə peyvənd vurulur

Səhiyyə naziri Oqtay Şirəliyev koronavirusa qarşı peyvənd olundu

64
(Yenilənib 16:10 18.01.2021)
Mütəxəssislər qeyd edir ki, vaksinasiyanın başlanması hələ xəstəliyin sona çatması və koronavirus üzərində tam qələbə demək deyil.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 18 yanvar — Sputnik. Bu gündən Azərbaycanda koronavirusa qarşı peyvəndləmə işlərinə start verilir.

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev Bakı Sağlamlıq Mərkəzində peyvənd olunub. Qeyd edək ki, virusa qarşı vaksinasiya strategiyası da təsdiq olunub. Strategiyanın hədəf qrupları iki yerə bölünür:

  • Ramin Bayramlıya peyvənd vurulur
    © Sputnik / Murad Orujov
  • Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya
    © Sputnik / Zulfiyya Guluyeva
  • Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya
    © Sputnik / Zulfiyya Guluyeva
  • Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya
    © Sputnik / Zulfiyya Guluyeva
  • Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya
    © Sputnik / Zulfiyya Guluyeva
1 / 5
© Sputnik / Murad Orujov
Ramin Bayramlıya peyvənd vurulur

COVID-19 xəstəliyi əleyhinə vaksinasiya ilə əhatə olunan yüksək riskli əhali qrupları aşağıdakılardır:

Sosial cəhətdən yüksək risk qrupu:

1. səhiyyə işçiləri (həkim, orta və kiçik tibb heyəti, texniki heyət) ;

2. hüquq mühafizə orqanlarının əməkdaşları;

3. hərbi qulluqçular;

4. saxlanılan, həbs edilmiş şəxslər və məhkumlar;

5. təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi;

Tibbi cəhətdən yüksək risk qrupu:

1. yaşlı əhali ≥65;

2. TSXX, xroniki hemodializ xəstələri, şəkərli diabet II tip (≥50), piylənmə (≥18).

Qeyd edək ki, hazırda vaksinasiya prosesi ABŞ, Avropa ölkələri, Türkiyədə və dünyanın digər qabaqcıl ölkələrində aparılır. Azərbaycan da bu qabaqcıl ölkələr sırasındadır.

Mütəxəssislər qeyd edir ki, vaksinasiyanın başlanması hələ xəstəliyin sona çatması və koronavirus üzərində tam qələbə demək deyil. Bundan sonra da hər kəs karantin rejiminin tələblərinə əməl etməli, sosial məsafə, tibbi maska və digər qoruyucu vasitələrdən istifadəyə davam etməlidir.

64
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: “Yuxarı sinif şagirdləri üçün əyani təhsil bərpa olunacaq”

8
Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

BAKI, 1 mart - Sputnik. “Türkiyədə ÇOVID-19-la mübarizə tədbirləri ilə əlaqədar yeni nəzarətli normallaşma mərhələsi başlayır”. 

APA-nın xəbərinə əsasən, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetindəki növbəti toplantısından sonra bildirib.

Prezident deyib ki, Türkiyədə yeni növ koronavirus infeksiyasının yayılması mavi, sarı, narıncı, qırmızı (zəif, orta, yüksək və çox yüksək) rənglərlə fərqləndirilməklə mübarizə tədbirləri bu dərəcələrə uyğun aparılacaq. 

Zəif və orta riskli ərazilərdə koronavirusla mübarizə tədbirləri ilə əlaqədar sərtləşdirilmiş qaydalar ləğv ediləcək, infeksiyanın yayılması yüksək və çox yüksək olan ərazilərdə isə yayılma dərəcəsinə görə, qaydalar ya saxlanılacaq, ya da daha çox sərtləşdiriləcək. 

Zəif və orta riskli ərazilərdə həftəsonu küçəyə çıxma qadağası yalnız bazar günlərinə şamil ediləcək, şənbə günləri bu məhdudiyyət ləğv olunacaq, axşam saat 21.00-dan səhər saat 5-dək ölkə boyu küçəyə çıxma məhdudiyyəti isə saxlanılacaq. 

Ərdoğan deyib ki, ölkədə 8-ci sinifdən başlayaraq yuxarı sinif şagirdləri üçün ənənəvi əyani təhsil bərpa olunacaq, zəif və orta riskli ərazilərdə isə ibtidai siniflər də daxil məktəblər açılacaq. 

Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

Yaşı 65-dən yuxarı olanlar və 21 yaşdan aşağı kateqoriyaya daxil olan gənclərin küçəyə çıxma məhdudiyyətləri zəif və orta riskli yerlərdə ləğv edilsə də, yüksək riskli yerlərdə bu qaydalar saxlanılacaq, çox yüksək riskli yerlərdə isə əksinə, artırılacaq. 

Qeyd edək ki, Türkiyənin eyni nəzarətli normallaşma mərhələsinə görə, böyük şəhərlərdə Şanlıurfa, Dyarbəkir zəif (mavi) risk,  Ankara, Manisa orta (sarı) risk, İstanbul və İzmir yüksək (narıncı) risk, Konya isə çox yüksək (qırmızı) risk qrupuna daxildir.

8
A journalist makes a video of the Instagram logo

"Instaqram"da yeni funksiya yaradılır

11
İstifadəçilər “Live Rooms”un yardımı ilə müxtəlif interaktiv funksiyalardan istifadə edə biləcəklər.

BAKI, 1 mart - Sputnik. Instagram sosial şəbəkəsi “Live Rooms” funksiyasını istifadəyə verəcək.

Bu barədə “Report” şirkətin saytına istinadən xəbər verir.

Qeyd edilir ki, yeni proqram dörd nəfərə qədər istifadəçini birbaşa yayıma qoşmağa imkan yaradacaq.

"Bu gün sizə dörd nəfərə qədər istifadəçiyə Instaqramda birbaşa yayım aparmağa imkan verəcək “Live Rooms” funksiyasını təqdim edirik. Əvvəl birbaşa yayımı yalnız bir nəfərlə apara bilirdiniz, amma indi sizə birbaşa yayımınızı "üçqat artırmağa" imkan veririk", - xəbərdə deyilir.

Şirkət həmçinin qeyd edib ki, funksiya daha çox biznes qurmaq və pul qazanmaq imkanları yaradacaq. İstifadəçilər “Live Rooms”un köməyi ilə müxtəlif interaktiv funksiyalardan istifadə edə bilərlər. Bunlar arasında birbaşa yayımda alqı və vəsait yığımı da var.

“Live Rooms” funksiyası yaxın vaxtlarda bütün dünyada mümkün olacaq.

11