BAKI, 15 yanvar — Sputnik. Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları xidmət zamanı Yeni Günəşli qəsəbəsində "Azad" və "Çinar" adlı kafelərdə müştərilərə yerində xidmət göstərildiyini və karantin rejiminə əməl edilmədiyini aşkarlayıblar.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata istinadla xəbər verir ki, obyektlərin fəaliyyəti dərhal polislər tərəfindən dayandırılıb. Ora baxış zamanı "Azad" kafesinin icarədarı Şərafət Hacıev və "Çinar" kafesinin sahibi Tural Mirzəyev saxlanılaraq 33-cü Polis Bölməsinə gətiriliblər. Onlar barəsində qanunla nəzərdə tutulan qaydada inzibati protokollar tərtib edilib.
Həmçinin hər iki kafedə olan ümumilikdə 26 nəfər müştəri barəsində inzibati qaydada tədbirlər görülərək hər biri cərimə edilib və həmin şəxslərlə profilaktik söhbətlər aparılıb.
BAKI, 5 mart — Sputnik. Martın 5-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub.
Nazirlər Kabinetindən (NK) Sputnik Azərbaycan-a verilən məlumata görə, Baş nazir Əli Əsədov Fuat Oktaya Türkiyə Silahlı Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində türk əsgərlərinin şəhid olması ilə əlaqədar başsağlığı verib.
Telefon danışığı əsnasında fevralın 19-da Ankarada keçirilmiş Azərbaycan-Türkiyə Hökumətlərarası Əməkdaşlıq Komissiyasının 9-cu iclasının yekunlarına dair imzalanmış Protokolun və Fəaliyyət Planlarının icrası ilə bağlı məsələlər müzakirə olunub.
Həmçinin Azərbaycanla Türkiyə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
BAKI, 5 mart — Sputnik. Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətindən çıxarılan şəxslərin adı məlum olub.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, partiyanın bu gün keçirilmiş qurultayında formalaşdırılan 40 nəfərdən ibarət İdarə Heyətində aşağıdakı şəxslər yer almayıblar:
Ramiz Mehdiyev, Əli Həsənov, Siyavuş Novruzov, Hacıbala Abutalıbov, Vaqif Əliyev, Nurlana Əliyeva, Akif Əlizadə, Yusif Hümbətov, Kərim Kərimov, Abel Məhərrəmov, Əli Həsənov.
Qeyd edək ki, YAP-ın Siyasi Şurası ləğv olunub. Partiyanın 40 nəfərdən ibarət İdarə Heyəti və Nəzarət Təftiş Komissiyası formalaşdırılıb. Partiyada Veteranlar Şurası yaradılıb. Arif Rəhimzadə Veteranlar Şurasının sədri seçilib