Azərbaycanda ən yaşlı pensiyaçının neçə yaşı var?

© Sputnik / Elvin AhmadПожилая женщина, фото из архива
Пожилая женщина, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondunun məlumatına görə, Azərbaycanda yaşı 100-dən çox olan pensiyaçıların sayı 400 nəfərdir.

BAKI, 15 yanvar — Sputnik. Bu gün Azərbaycanda yaşı 100-dən çox olan pensiyaçıların sayı 400 nəfərdir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Qeyd olunub ki, onlardan 27 nəfəri kişi, 373 nəfəri isə qadındır. Ən yaşlı kişi pensiyaçı İbrahimov Hilal İsa oğludur.

O, 1915-ci il təvəllüdlüdür. Bakı şəhərində yaşayır. Ən yaşlı qadın pensiyaçı isə 1890-cı il təvəllüdlü Əzizova Tamam Əli qızıdır. O, Lənkəran rayonunda yaşayır.

Xəbər lenti
0