Ziya Bünyadov prospektində qəza oldu, tıxac yarandı

© SputnikHadisə yerində
Hadisə yerində - Sputnik Azərbaycan
Abunə olmaq
Qəza prospektdə sıxlığa səbəb olub. Avtomobillər DYP əməkdaşları nəzarəti ilə cərimə meydançasına daşınıb. Xəsarət alan yoxdur.

BAKI, 14 yanvar — Sputnik. Bu gün səhər saatlarında Ziya Bünyadov prospektində ağır avtomobil qəzası baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, hadisə zamanı Gürcüstan dövlət nömrə nişanlı VAZ 2107 markalı avtomobil yük "Qazel"inə çırpılıb. Qəza prospektdə sıxlığa səbəb olub.

Avtomobillər DYP əməkdaşları nəzarəti ilə cərimə meydançasına daşınıb. Xəsarət alan yoxdur.

Xəbər lenti
0