Çində epdimioloji vəziyyət, arxiv şəkli

Çində koronavirusa yoluxanların sayında kəskin artım var Yeni rekord

21
(Yenilənib 11:49 14.01.2021)
Bu arada Dünya Səhiyyə Təşkilatının mütəxəssislərindən ibarət heyət bu gün virusun qaynağını araşdırmaq üçün Çinə gedib.

BAKI, 14 yanvar — Sputnik. Koronavirus xəstəliyinin ilk olaraq yayılmağa başladığı Çində ötən ilin may ayından bu tərəfə ilk dəfə COVID-19-dan ölüm qeydə alınıb. Bu barədə Sputnik Türkiyə xəbər verir.

Bundan əlavə, hazırda Çində 138 nəfər koronavirus xəstəsinin olduğunu qeyd olunub.

Vurğulanır ki, bu Çində ötən ilin mayından bəri qeydə alınan ən yüksək göstəricidir.

Bu arada yeni növ koronavirus (COVID-19) infeksiyasının mənşəyini araşdıracaq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri xəstəliyin ilk qeydə alındığı Çinin Uhan şəhərinə səfər ediblər.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 92,3 milyonu keçib, 1,97 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

21

Kəlbəcər rayonunun Çopurlu kəndindən videogörüntülər

0
Üçtərəfli bəyanatın şərtlərinə əsasən Kəlbəcər rayonu 2020-ci il noyabrın 25-də Azərbaycana qaytarılıb.

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Çopurlu kəndindən videogörüntülər paylaşıb. Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

0

"Lotu Quli"nin məzarı üstündə atışma olub, 1 nəfər ölüb

9
Silahlı insident nəticəsində bir azərbaycanlı başından güllələnib. O, aldığı güllə yarasından hadisə yerində ölüb.

BAKI, 19 yanvar - Sputnik. İstanbulun Esenyurt rayonunda "Lotu Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifovun məzarı üstündə silahlı insident olub.

APA-nın verdiyi xəbərə görə, silahlı insident nəticəsində bir azərbaycanlı başından güllələnib. Güllələnən şəxsin Əli Həşimov olduğu bildirilir. O, aldığı güllə yarasından hadisə yerində ölüb.

Onu vuran digər azərbaycanlı Kənan adlı şəxs isə xəstəxanaya çatdırılıb.

Məlumata görə, hadisə borc üstündə baş verib.

Hadisədə şübhəli bilinən 3 nəfər saxlanılıb.

9