Mahsun Kırmızıgül, arxiv şəkli

Mahsun Kırmızıgül Mübariz Mənsimova qurulan "kirli tələ"dən danışdı

63
(Yenilənib 18:32 13.01.2021)
Mahsun Qırmızıgül: "Bu ölkəni sevən birisinə qurulmuş kirli tələni hakimlər görməlidirlər. Kimlərinsə mənafeyinə görə qurban etsəniz, bu ölkəyə xarici sərmayəçi gəlməz".

BAKI, 13 yanvar — Sputnik. "Bu ölkəni sevən adamın dərdi bitmədi. Şiədən "Fetoçu" olmaz. Yazıqdır, günahdır". Bu sözləri məşhur müğənni, rejissor və aktyor Mahsun Kırmızıgül "Instagram" hesabında yazıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Mahsunkırmızıgül (@mahsunkirmizigulofficial)

Tanınmış iş adamı Mübariz Mənsimovun həbsinə etiraz səsini qaldıran məşhur sonuna qədər onun yanında olduğunu bildirib:

"Bu ölkəni sevən birisinə qurulmuş kirli tələni hakimlər görməlidirlər. Kimlərinsə mənafeyinə görə qurban etsəniz, bu ölkəyə xarici sərmayəçi gəlməz. Mübariz bəyin yanında işləmiş və onun arxasından işlər görənlərin şahidlik etməsi yanlışdır. Pul qarşılığında şahidlik edənlərin yalanlarına inanmayın".

Qeyd edək ki, Mahsun Kırmızıgül Mübariz Mənsimovun həbsinə etiraz olaraq dəfələrlə media hesablarından #freeMubarizMansimov, #MubarizMansimoviçinadalet həştəqi ilə paylaşımlar edib.

63
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

15
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

15
Bakıda tibbi maska taxmış şəxs, arxiv şəkli

Bakıda koronavirus ocağı bu ərazidir

19
(Yenilənib 23:42 23.01.2021)
Ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.

 

BAKI, 23 yanvar — Sputnik. Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən məlumatına görə, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, paytaxt üzrə yoluxma hallarının 15 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13,1 faizi Xətai, 12,2 faizi Yasamal, 10,8 faizi Sabunçu, 8,2 faizi Nərimanov, 8,2 faizi Suraxanı, 7,8 faizi Nəsimi, 7 faizi Nizami, 6,8 faizi Xəzər, 5,4 faizi Qaradağ, 5 faizi Səbail, 0,5 faizi Pirallahı rayonlarında qeydə alınıb.

Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.

19