BAKI, 12 yanvar — Sputnik. Bu gün Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Çankaya sarayında Avropa Şurası (AŞ) ölkələrinin Ankaradakı səfirləri ilə görüş keçirib. Sputnik Azərbaycan-ın Anadolu Agentliyinə istinadla verdiyi xəbərə görə, görüşdə Balkan yarımadası, Qaradəniz, Orta Şərq, Şimali Afrika və Qafqaz kimi bütün Avropanın birbaşa marağında olan bölgələrin əsas oyunçuları arasında Türkiyənin də olduğunu vurğulayan Çavuşoğlu "Ortaq xüsusiyyətlərimizə baxmayaraq, son bir neçə ildir ki, Türkiyə-AŞ münasibətlərində siyasi çətinliklər yaşadıq. Təəssüf ki, bu tendensiya 2020-ci ildə də davam etdi. Əməkdaşlığa ən çox ehtiyacımız olan vaxtda kommunikasiya kanalları kəsildi, fürsətlər havaya sovruldu", – deyib.
Nazirin sözlərinə görə, bunun əsas səbəbi bəzi Avropa ölkələrinin Türkiyə ilə ikili münasibətlərdə uzun illər davam edən problemləri AŞ-yə də gətirməsidir.
"Türkiyə ilə AŞ-ni qarşı-qarşıya qoymağa çalışdılar. Məsələn, üzv ölkələr arasında dəniz hövzəsi ilə bağlı problemlərdə tərəf saxlamayan, hətta belə bir səlahiyyətinin olmadığını açıqlayan AŞ iş Türkiyəyə gələndə tamam fərqli davranmağa başladı. Bu prosesdə "tolerantlıq" kimi müsbət anlayışdan sui-istifadə olundu. Dialoq çağırışımıza və səylərimizə baxmayaraq yalnız bir tərəfin tələbləri yerinə yetirild", – deyə Çavuşoğlu bildirib.
BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur.
Посмотреть эту публикацию в Instagram
Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir.
Посмотреть эту публикацию в Instagram
"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.
Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın.
Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq.
BAKI, 16 yanvar — Sputnik. "Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Virtual Diabet Məktəbi" layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib. O bildirib ki, diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır:
"İlkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu mənfi tendensiyanı müsbətə doğru çevirməkdə yeni imkanlar açır".
Agentliyin İdarə Heyətinin sədri deyib ki, hər il dünyada ölümlərin 11.3%-i şəkərli diabetlə bağlı olur.